Cəlilabaddan Rusiyaya 29 ton üzüm məhsulu ixrac olunub

Ölkəmizin ən böyük üzümçülük rayonlarından biri olan Cəlilabadda məhsul yığımı kampaniyası davam edir.

Cəlilabad Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindənə verilən məlumata əsasən, rayonda mövcud olan 1401 hektar üzüm bağından indiyədək 6255 ton məhsul yığılıb.

üzüm məhsulu

Üzümün bir kiloqramı yerində alıcılara 1, bazarlarda isə 1,5 manata təklif olunur.

Cəlilabadda yetişdirilən üzüm əsasən Bakı şəhərinin və ətraf rayonların bazarlarında satışa çıxarılmaqla yanaşı, Rusiyaya da ixrac edilir. İndiyədək Rusiyaya 29 ton üzüm göndərilib.

Qeyd edək ki, ötən il rayonun 1401 hektar üzüm sahəsindən 10 min 80 ton məhsul yığılıb.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669