Cənubi Koreya Tacikistandan yer fındığı tədarük etməkdə maraqlıdır

 Agroexpert.az saytı xarici mətbuata istinadən xəbər verir ki, Cənubi Koreya Tacikistandan yer fındığı ixracına başlayır.

Bu il Tacikistanın Matchinsky rayonunda  yer fındığı üçün rekord miqdarda əkin sahəsi ayrılıb- 3 min hektar. Bu da keçən ilki əkin sahəsinə nisbətən min hektar çoxdur.

yer fındığı ixracı agroexpert.az

Fermerlər bölgədə yetişən yer fındığının əhəmiyyətli bir hissəsini, əsasən Əfqanıstan və Pakistana ixrac edir. Digər hissəsiylə isə yerli istehlakçıları təmin edirlər. İndi Cənubi Koreyanın nümayəndələri Matchinsky bölgəsində istehsal olunan məhsul ilə maraqlanırlar.

Bölgənin kənd təsərrüfatı idarəsinin rəisi Narzullo Boimirzoev, ” Cənubi Koreyanın nümayəndələri bölgəmizi ziyarət etdilər, ölkəmizdəki yer fındığı istehsalı ilə tanış oldular. Bu məhsulu ölkələrinə təmizlənmiş bir şəkildə çatdırmaqda maraqlı olduqlarını söylədilər” dedi.

Matchin yer fındığı Cənubi Koreyanın standartlarına cavab verərsə, tacik fermerlərindən 3 min tona qədər soyulmuş və qovrulmamış halda almağa hazırdırlar.

Matchinsky bölgəsində əkilmiş 3 min hektar torpaqdan Təxminən  12-15 min ton məhsul əldə olunur. Bu həcmdən isə 6 ilə 8 min tona qədər soyulmuş yer fındığı əldə edilə bilir.

Bölgədə 5 mindən çox təsərrüfat fəaliyyət göstərir. Bunlardan 800-dən çox təsərrüfat, digər bitkilərin istehsalı ilə yanaşı, yerfındığı yetişdirməklə, 600 təsərrüfat isə bostan məhsulları ilə məşğul olur.

Bölgədə 67 hektar sahədə bu məhsulun təkrar əkini aparılmışdır. Ümumiyyətlə, Matchinsky rayonunun bütün idarəetmə formalarında 1715 hektar sahədə təkrar əkin aparılmışdır. Burada təkrar əkin zamanı əsasən paxlalılar, bostan məhsulları, tərəvəz və heyvandarlıq yemi yetişdirilir.

Əlavə etmək lazımdır ki, Matchinsky bölgəsi Tacikistanda yer fındığının böyük həcmdə istehsal olunduğu ən iri bölgələrindən biridir.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669