Çəyirdəkli meyvələri xarab olmadan saxlamaq üsulları

Təzə alınan meyvələr soyuducuda təxminən 2-3 dərəcədə saxlanılmalıdır. Meyvələr arxa hissəyə yox, qapıya mümkün qədər yaxın yerə qoyulmalıdır. Belə ki ən yaxşı saxlama yeri meyvə-tərəvəz çəkməcələridir.

çəyirdəkli meyvələr agroexpert.az
Meyvələrin plastik bir torbada saxlanması digər qidalar və oksigenlə təmasını azaldır.

Əgər plastik paketdə ağzı bağlı saxlanırsa, mütləq paketə bir neçə kiçik dəlik açılıb hava almaları təmin edilməlidir. Bununla onlar hava ilə təmasda olacaq və daha uzun müddət təzə qalacaqlar.

Bundan başqa daha yaxşı bir metod isə meyvələri kağız dəsmala bürüyüb sonra paketə qoymaq və paketin ağzını açıq saxlamaqdır.

Əgər aldığınız paketlərin təmizliyindən əmin deyilsinizsə, meyvələri soyuducuya qoymadan əvvəl təmiz bir paketlə dəyişin.

Meyvələrin rəfdə qalmaq vaxtını uzatmaq üçün onları qısa fasilələrlə yoxlamalı, çürük və xarabları götürərək başqalarına keçməsinin qarşısını almalısınız.

Meyvələr əsla yuyulub, qabıqları soyularak soyuducuya qoyulmamalıdır. Bu onların çürüməsini sürətləndirəcək və daha tez xarab olmalarına səbəb olacaq. Həm də vitamin itkisinə səbəb ola bilər. Ən düzgün yol istehlakdan əvvəl yuyulmaqdır.

Bəzi meyvələr soyuducuya qoyulandan sonra yetişməyə davam edə bilər.

Bu sırada ətrafa yaydıqları etilen qazı rəfdəki ömürlərini azaldır. Bu səbəblə bütün meyvələri bir yerə qoymaqla həssas olanların ömrünü azalda bilərsiz. (Ən çox etilen istehsal edən meyvələrdən ərik, banan, qovun və armudu deyə bilərik.)

Çiyələk, moruq və göyərti kimi kiçik və şirəli meyvələr dondurulub saxlanılır.

Banan, qovun və portağal kimi otaq temperaturunda yetişməyə davam edə biləcək meyvələrin soyuducudan kənarda sərin yerdə saxlanılması daha uyğundur.

Qovun soyuducuda dadını itirsə də, banan dadını digər meyvələrə köçürə bilir.

Çəyirdəkli bəzi meyvələr (ərik, şaftalı, gavalı, albalı və s.) bərk halda və tez istehlak edildikdə otaq temperaturunda saxlanıla bilər. Lakin qoxuları güclənməyə və özləri yumşalmağa başlayanda soyuducuya qoyularaq 4-5 gün ərzində istehlak edilə bilər.

Çəyirdəkli meyvələri il ərzində təzə şəkildə istehlak etmək, şirniyyatlarda istifadə etmək üçün müraciət edilən ən ideal üsul dərin dondurucuda saxlamaqdır. Çəyirdəkli meyvələri dərin dondurucuda uzun müddət sağlam bir şəkildə saxlamaq üçün isə aşağıdakı mərhələləri tətbiq etmək lazımdır.

Dondurucuda saxlanılacaq meyvələr toz və dərman qalıqları yaxşıca təmizlənmək üçün bol su ilə yuyulur. Meyvə və tərəvəzlərin yuyulması üçün istifadə olunan mayelər də bu işdə kömək edir. Bəzi çəyirdəkli meyvələri saplarını çıxararaq saxlamaq daha çox istifadə edilən bir üsul olsa da, saplaqla saxlamaq daha təravətli qalmasına imkan verir. Bunun üçün dondurucuda kifayət qədər yer varsa, onları saplaqlarla saxlamaq daha uyğundur.

Meyvəni dərin dondurucuda soyuducu paketinə dolduraraq ya da plastik bir saxlama qabına qoyaraq qorumaq mümkündür. Hər iki halda paketin və qabın ağzının möhkəmcə bağlanmış olduğundan əmin olmaq lazımdır.

Meyvələrin saxlanma forması isə hər çərdəkli meyvədən və istifadə məqsədindən asılı olaraq dəyişir.Gilas və bənzər xırda meyvələr bütöv formada, şaftalı və o böyüklükdə olanlar isə ikiyə bölünmüş və ya doğranmış formada qoyulur.Qeyd edək ki, soyuducuya qoyulan zaman ayrılan meyvələr də ət və tərəvəzlər kimi bir dəfə istifadə ediləcək miqdarda yığılmalıdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!