Çəyirtkəkimilərin küpələrinin payız müşahidələrinə başlanılıb

Kənd təsərrüfatı bitkilərinin xüsusi təhlükəli zərərvericilərindən olan çəyirtkəkimilərin  respublika ərazisində  əsasən üç növü -Mərakeş, İtaliya və Asiya çəyirtkələri geniş yayılmışdır. 2020-ci ilin aprel-iyul aylarında respublikanın müxtəlif bölgələrində çəyirtkəkimilərin sürfə və yetkin fərdlərinə qarşı 33 min  hektara yaxın sahədə kimyəvi mübarizə tədbirləri həyata keçirilmişdir.

Növbəti ildə çəyirtkəkimilərə qarşı mübarizə işlərinin həcminə dair proqnoz məlumatlarının hazırlanması, eləcə də mübarizə tədbirlərinin səmərəli təşkili məqsədi ilə oktyabr ayından başlayaraq Aqrar Xidmətlər Agentliyinin Respublika Bitki Mühafizəsi Mərkəzinin yerli qurumlarının mütəxəssisləri tərəfindən zərərvericilərin  küpələrinin aşkar edilməsi üzrə payız müşahidələrinə başlanılmışdır.

çəyirtkəkimilər agroexpert.az

Küdrü düzü, Qarasu-Padarçöl və digər ərazilərdə çəyirtkəkimilərin ehtimal olunan yumurtaqoyma yerlərində (72,0 ha ərazidə) aparılmış ilkin müşahidələr zamanı zərərvericinin küpələri aşkar edilməmişdir.  

Hazırda Küdrü düzü, Qarasu-Padarçöl, Ceyrançöl və digər ərazilərdə rayon bitki mühafizəsi mərkəzlərinin mütəxəssisləri tərəfindən çəyitkəkimilərin küpələrinin aşkarlanması üzrə payız müşahidələri davam etdirilir.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673