Çiçək tozu toplayan arılar

agroexpert_ariArılar cəmi 6 həftəlik həyatlarının qalan hissəsini çiçəkləri araşdıraraq nektar toplamaqla keçirirlər. İşçi arılar pətəkdəkı bütün bu işləri görərkən kraliça arıynın üzərinə düşən vəzifə bütün ömrü boyu dayanmadan yumurta qoymaqdır və bütün ehtiyacları işçi arılar tərəfindən qarşılanır.

Arıların həyatlarındakı bu mərhələlər beynimizdə bir çox sualın yaranmasına səbəb olur. Dünyaya yeni gözlərini açan canlı, arı kimi ağlı və zəkası olmayan bir həşərat, necə olur ki, lazım olan işləri eynilə yerinə yetirir? Necə olur ki, bu canlının bədəni, əvvəlcə, təmizliklə məşğul olmağa, bəzi ifrazat vəzilərinin fəaliyyətə keçməsi ilə bir anda sürfələrin qulluğuna yönəlir? 4-5 gün əvvəl özü sürfə olduğu halda, bunları necə bilir? Yenə birdən-birə bədənində baş verən dəyişikliklərlə mum hazırlamağa başlayır və birdən-birə inşaat işçisinə çevrilir və daha sonra yenə vəzifəsini dəyişərək gözətçiyə çevrilir.

Gördüyümüz kimi, pətək daxilində qüsursuz nizam var və bu nizam 60-70 min arı arasında heç bir qarışıqlıq yaranmamasını təmin edir. Aydındır ki, bu qüsursuz nizamı yaradan və uzunmüddətliyini təmin edən arıların ağlı, təcrübəsi və ya qüsursuz təşkilatçılıq qabiliyyəti deyil. Arılar yer üzərindəki bütün canlılar kimi üstün elm sahibi olan Allah`a təslim olmuş və Onun ilhamıyla hərəkət edirlər.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!