Çiçəklərdə rənglər necə əmələ gəlir?

Çiçəklər və rənglər

Bu ecazkar iki şey yer üzündə insanlara bəxş edilən ən gözəl varlıqlardan biridir. Çiçəklər zəriflikləri və ətirləri ilə birgə insanların həyatına sevinc və hüzur gətirir. Bitki morfologiyasında çiçəklərə gözəllik qatan rəngləri necə araşdırmaq olar? Parlaq görünüş verən və göz oxşayan rənglər çiçəklərdə necə yaranır? Çiçəklərin rəngli görünüşlərinin yaratdığı gözəllik və xoş duyğulardan başqa bir funksiyası varmı?

Çiçəklərin rəngləri

rəng seçimi bitkilərdə necə yaranır?Agroexpert.az

Çiçəkləri fərqləndirən, diqqət cəlb edən xüsusiyyətlərdən biri rəngləridir. Çiçəklərdə rəngi hüceyrələri içərisində rəng piqmentləri yaradır. Bu piqmentlər (rəngli maddələr) bitki saplağında həll olmuş haldadır. Rəngli kristallar şəklindədir və bu maddə çiçəyin rəngini təmin edir.

Fitologiya mütəxəssisləri çiçək rənglərinin yaranması ilə bağlı bir çox məlumatlar verirlər. Təbiətdə ən çox yayılan mavi və qırmızı rəngli ləçəklərin hüceyrələrində antosiyan rəngli maddə var. Bu maddə də Papaver sp. (lalə), Rosa sp. (qırmızı qızılgül), Viola sp. (bənövşə), Hyacynthus sp. (sümbül çiçəyi) və bir çox digər bitki çiçəklərin rənglərini yaradır. Xlorofil piqmentinin olması çiçəyə yaşıllıq verir. “

Neon işıqlı çiçəklər

Bəzi çiçəklərdə görülən narıncı və sarı rənglər hüceyrədəki kvaretonoidlərdən kristal şəklində meydana gəlir. Çiçəkləri rəngləndirən hüceyrə quruluşundakı rəng piqmentlər belə adlanır:

  • Mavi – Qırmızı: Antosiyanin
  • Yaşıl: Xlorofil
  • Narıncı və sarı: Karotenoid

Tozlanma zamanı rol oynayan rənglər

Yuxarıda sadalanan rəng piqmentlərinin olması ilə göy qurşağı çalarlarına sahib olan çiçəklərdə möhtəşəm görünüş yaranır.

“Çiçəklərdəki ağ rəng rəngli maddə daşımayan şəffaf hüceyrələrin günəş işığını tam əks etdirməsi nəticəsində yaranır. Histoloji quruluş rənglərə müxtəliflik qatır. Məsələn, bəzi bitkilərin xaricində rəng piqmentləri daşıyan bir epidermis və altındakı rəngsiz bir sıra hüceyrə qatı var. Bu rəngsiz hüceyrələr epidermisdən keçərkən rəngli işığı əks etdirir, işığın titrəməsi ilə avtomobillərdə görünən neon parlaq fosfor rənglərin çiçəkdə yaranmasına səbəb olur”.

Əlbətdə ki, çiçəklərin rəngləri yalnız insanlara gözəllik bəxş etmək üçün yaradılmayıb, göy qurşağı çalarlarında olan rənglər və səthlərində olan kölgələr çiçəklərin yazda tozlanmağına kömək edən həşəratları, böcəkləri özünə cəlb edir, bir növ çağırır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!