Çılpaq ilbizlərə qarşı mübarizə tədbirləri aparılır

Lənkəranda Bitki Mühafizəsi Mərkəzinin İstisu qəsəbəsi ərazisində yerli mütəxəssislərin tərəfindən çılpaq ilbizlərə qarşı mübarizə tədbirləri aparılıb…

Çılpaq ilbizləri 

cılpaq ilbizlərlə mübarizəDövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin yerli mütəxəssisləri tərəfindən Lənkəran rayonunun İstisu qəsəbəsi ərazisində “Yaşıl Çay” MMC-yə məxsus 1,8 hektar tut bağında müşahidələr aparılıb.

Müşahidələr zamanı 1,5 hektar sahənin çılpaq ilbizlərlə sirayətləndiyi müəyyən olunub. Lənkəran rayonu Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən təsərrüfat sahiblərinə tərkibli preparatı ilə mübarizə tədbirlərinin aparılması tövsiyə olunub.

Azərbaycanda çılpaq ilbizlər əsasən Lənkəran, Şəki-Zaqatala və Quba- Xacmaz bölgələrində geniş yayılıb.

Bu zərərverici kənd təsərrüfatı bitkilərindən taxıl, bostan-tərəvəz, paxlalı, qismən texniki və meyvə bitkilərinə zərər vurur. İlbizlər növ tərkibindən asılı olaraq qış dövrünü sürfə, yetkin ilbiz və ya yumurta mərhələlərində keçirirlər.

Onlar növ tərkibindən asılı olaraq ildə 1- 2 nəsil verirlər və 1 ildən 3 ilə qədər yaşayırlar. Yay və payız ayları yağış keçdikdə ilbizlər daha da çoxalırlar. Kütləvi çoxalma illərində isə kənd təsərrüfatı bitkilərinə zərər verirlər.

Əsasən bitki yarpaqlarının yumşaq hissəsini gəmirib yeyirlər. Dənli bitkilər öz inkişafının ilk dövründə ilbizlər tərəfindən daha çox zərər çəkir. İlbizlərin kartof yumrularına və bir sıra tərəvəz-bostan bitkilərinin barvermə orqanlarına zərər verdiyi müşahidə olunur.

Çılpaq ilbizlərə qarşı mübarizə tədbirləri

Çılpaq ilbizlərə qarşı aşağıdakı mübarizə tədbirləri aparılmalıdır:

  1. Zərəverici aşkar edilən sahələrdə 35-40 sm olmaqla dərin şüm aparılmalıdır.
  2. Kənd təsərrüfatı bitkiləri yüksək aqrotexniki səviyyədə becərilməli, əkin sahələri alaq otlarından təmiz saxlanılmalı və cərgə araları vaxtında kultivasiya edilməlidir.
  3. Çılpaq ilbizlərə qarşı tərkibli preparatlardan istifadə etməklə kimyəvi mabarizə tədbirləri həyata keçirilir. Daxili bağırsaq təsirli “metaldehid” tərkibli preparatlardan istifadə edərək aldadıcı yem hazırlanır, 1 hektara 40-50 kiloqram məsarif norması ilə səpilir.
  4. Həyətyanı sahələrdə müxtəlif tələlər qurmaqla və ya müxtəlif qeyri ənənəvi üsullardan istifadə etməklə mübarizə aparılır.çılpaq ilbizləri

Qeyd edək ki, çılpaq ilbizlər karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərə aid olmadığından, bu orqanizmlərlə mübarizə üçün dövlət büdcəsindən vəsait ayrılmır.

Buna görə də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidməti çılpaq ilbizlərlə mübarizə aparmaq üçün sahibkarlara və fermerlərə yalnız metodiki dəstək göstəriblər. Ona görə də mübarizə işləri isə hüquq və fiziki şəxslərin özləri tərəfindən aparılır.

Mənbə

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!