Çinli fermerlər üçün dronlar əsl xilaskara çevrilir
Çində gənclərin əksəriyyəti şəhərlərə köçürlər və kənd təsərrüfatı ilə çox nadir hallarda məşğul olurlar. Kənlərdəki çoxsaylı işlərə isə dronlar kömək edir.
Dronlar bağları və sahələri pestisidlə təmin edirlər ki, bu da müəssislərin kimyəvi maddələr və işçi qüvvəsində qənaətə kömək edir.
Çininin şimalında fermerlər dron istifadəsini daha da genişləndirirlər. Daha çox dron istifadə olunan bölgələr Tszisyan və Şansi əyalətləridi. Fermerlər bildirir ki, dronlar bütün bağ sahəsini 10 dəqiqə ərzində emal edirlər və fermerlərdən 15 dəfə daha sürətli işləyirlər.
Bütün dronlara bitkilərin emal üçün nəzərdə tutulan preparatların olduğu balonlar bərkidilib. Dronları uzaq məsafədən pultla idarə edirlər və onun marşrutunu əvvəlcədən təyin edirlər. Bu il çinli fermerlər 5000 hektara yaxın alma bağını dronlar vasitəsilə dərmanlamaq istəyirlər.

Əksəriyyəti 50 yaşdan yuxarı olan çinli fermerlər üçün dronlar əsl xilaskara çevrilir. Gənclər yaşlılara kənd təsərrüfatında çox az kömək olurlar deyə artıq onlar bu ağır işlərin öhdəsindən gələ bilmirlər.
Bitkiləri dərmanlamaq üçün nəzərdə tutulan dronlar fermerlərin pullarına qənaət etməsinə kömək edir. İşçi çatışmazlığına görə işçilərin maaşları da artır və bir dronun qiyməti bir işçinin əmək haqqından daha ucuz başa gəlir. Həmçinin texnikanın istifadəsi kimyəvi maddələrin istifadəsi zamanı riski azaldır və səpələnən pestisidlərin sayını azaldır.
Ehtimal edilir ki, Çində kənd təsərrüfatı dronlarının bazarı ölkəyə milardlarla dollar xeyir gətirə bilər. İstehsalçıların sözlərinə görə, artıq bazarda aqrosektor üçün nəzərdə tutulmuş 200-dən çox kvadrokopter (dron) modeli var. Bu dronlar torpağın analiz və suvarmasından tutmuş bitkilərin vəziyyətinə nəzarət və irriqasiya sistemlərinin fəaliyyətinə nəzarətə kimi bir çox iş görürlər.