Çirkli havanın yaratdığı fəsadlar

Çirkli havanın sağlamlıq üçün zərərləri günlər keçdikcə daha da artır. Ağciyərlər, ürək və gözlərə mənfi təsir edən çirkli hava həmçinin beyin sağlamlığına da zərərlidir. Son araşdırmalardan sonra çirkli havanın sümüklərə də mənfi təsir etdiyi məlum olub. Araşdırmalar Hindistanın Heydərabad bölgəsi yaxınlığında 23 ərazidə 3700 nəfər könüllünün iştirak etdiyi böyük bir təcrübə keçirilib. Nəticədə çirkli hava osteoporoz yaratması və insanın ən güclü sümükləri olan ayaq və onurğa sümüyündə baş verən dəyişikliklər təsdiqlənib.

 Barcelona Qlobal Sağlamlıq İnstitutundan Cathryn Tonne havanın daha da çirklənməsi nəticəsində sümük tərkibinin dəyişdiyini bildirir.

Həmçinin də müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Təcrübənin nəticəsində dəqiq diaqnoz olaraq həm kişilərin, həm də qadınlarda bel sümüyündə 0,02 q və omba sümüyündə 0,004 q əriyərək azaldığı məlum olub.

çirkli hava haqqında agroexpert.az

Tədqiqata qatılanların yarıdan çoxu ağac və odun kimi yanacaqlardan istifadə edərək yeməyin bişirildiyi evlərdə yaşayırdı.  Və həmin yanacaqların yaratdığı tüstünün insanların sümüklərində eyni dəyişiklik etmədiyi açıqlandı. Bu da araşdırmaçılara digər qatılanların sümüklərində olan dəyişikliyin sırf çirkli hava nəticəsində baş verdiyini təsdiqlətdi.

Harvard Universitetindən Diddier Prada,ABŞ-da hava çirklənməsinin nəticəsində ildə 86.000-dən çox osteoporoz xəstəsi ola biləcəyini bildirib. Bu həm uşaq yaşlarında boy atmanın qarşısına çıxan əngəldir, həm də yaşlanan insanların sümük xəstəlikləri ilə qarşılaşacağına yol açacaq.
Qeyd edək ki, alimlər çirkli havanın sümüyə təsiri ilə bağlı çox geniş araşdırmalar aparmağa ehtiyac olduğunu deyirlər.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673