Çiyələk yetişdirərkən bunlara diqqət edin

Ötən məqaləmizdə çiyələk əkinçiliyi barədə bir xeyli məlumat təqdim etmişdik. Bugün isə sizlərə çiyələklərin gübrələmədən,sulanmasından, toplanmasıdnan, əkilmə prosesinin digər nüanslarından bəhs edəcəyik.

Çiyələk yetişdirərkən bunlara əməl etmək vacibdir..

Əkimdən əvvəl şitil köklərini yaxşı islanması üçün bir qaba yerləşdirin. Bu qabdan torpağa keçməsini asanlaşdırar və köklərin lazımi qədər nəmli olmasını təmin edər.

Torpağı qazın, lakin qazan zaman kökləri ilə birgə bütün otları təmizləyin. Çiyələklər zəngin tərkibli torpağı sevirlər. Torpaq tərkibi ağır gil və az qumlu olarsa yaxşı əzilmiş təbii torpaq da qatın.

çiyələk yetişdirərkən bunlara diqqət edin agroexpert.az

Torpağı deşərək çiyələk şitilini dəliyə yerləşdirin. Lakin köklə gövdənin birləşdiyi tac hissəsini torpağın üstündə saxlayın. Torpaqla çiyələyin kökünü ehmalca basdırın. Əkindən sonra torpağın üstünü samanla bağlaya bilərsiniz. Bu meyvənin torpağa dəymədən təmiz qalmasına, eləcə də torpağın qorunmasına yaxşı təsir edir. Hər şitil arasında 35-40 sm məsafə qoyun. Sıralar arasında isə 90 sm məsafə saxlayın.

Vaxtı vaxtında sulayın. Ancaq suyu çox tökmək olmaz. Nazik köklərin isti havada suya ehtiyacı var. Amma suyun içində qalması məsləhətli deyil. Torpağın qurumasını əngəlləsəniz də, palçıq yaranmasına imkan verməyin. Bitkinin tac adlana hissəsini sulayın, lakin meyvələrinə su vurmayın.

Çiyələk üçün maye gübrə istifadə edin

Suda həll olunan gübrə verilən çiyələk fidanındakı yüksək azot, meyvə yerinə yarpaqların çıxmasına səbəb olur. Bu növ gübrədən istifadə edəcəksinizsə, miqdarı çox az edin. İlk çiçəkləri qoparmaq çiyələk şitilinin daha güclü böyüməsini və kök sisteminin güclənməsinə kömək edir. Yan tumurcuqları da kəsmək lazımdır. Bağda yetişdirilən çiyələkdə yan zoğlardan birini saxlamaq məsləhərdir.  Kiçik yaşıl çiyələklər böyüyəcək və qızaracaqlar. Çiyələklərdə əsas nəzarət etməyiniz lazım olan quşlardan qorumaqdır. Bitkilərin üzərinə keçirmək üçün tənzif və ya tüldən istifadə edə bilərsiniz. Bu quşların çiyələkləri yeməsinə mane olacaq.

Uşaqları əylənərək öyrədin:meyvələr haqqında tapmacalar

Bütün çiyələklər qırmızı olduğu zaman yığılmağa hazırdır. Bir qab və ya çiyələk səbəti alın və ehmalca çiyələk meyvələrinin qırmızılarını toplayın. Təzə çiyələyi yemədən öncə soyuq suda yumaq lazımdır.

Çiyələkləri toplasanız da, bitkiyə qulluq etməyə davam edin. Çiyələklər həssasdır və hər il meyvə verən bitkilərdir. Mülayim iqlim bölgələrində qış üçün yarpaqları və zoğları təmizləyin. . Öz-özünə böyüyəcəklər. Qarlı bölgələrdə yaşayırsınızsa qapalı yerə əkin və ya qapalı yerə daşımaq üçün qablarda əkin.

Bitkilərə zərər verən virus problemləri varsa iki ildən bir çiyələk anbarlarını dəyişdirin.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!