Çiyələk yetişdirməyin yolları 1-ci hissə

Çiyələk yetişdirmək çox maraqlı sahələrdən biri olsa da, ancaq çətinlikləri olduğuna görə hazırlıq edərkən diqqətli olmalısınız. Təsərrüfatınızın uğurlu olması üçün lazım olan bütün sahələri əhatə edən bir iş planı hazırlamağınız lazımdır. Iş planında bağın salınması, yetişdirmə proqramı, əkiləcək çiyələklərin növləri, satış strategiyası və maliyyə məsələlərini nəzərə almalısınız.

çiyələk yetişdirmək agroexpert.az

Çiyələk yetişdiriciliyində yaxşı pul qazanmaq istəyirsinizsə nələr edilməli olduğunu öyrənmək üçün paylaşacağımız bu məqaləni və onun davamını diqqətlə oxuyun.

Çiyələk növünü düzgün seçmək
  1. Ehtiyacınız olan çiyələk növünə qərar verin. Yay çiyələkləyi və uzunömürlü çiyələk olaraq iki növə bölünür. Yay çiyələyi yay başlayanda, yayın ortalarında və yay sonlarında becərilir. Hər çiyələk növü daxilində çox sayda tip var ki, onlardan bəziləri sırf bölgəyə uyğun olur. Buna görə növ seçərkən yerli istehsalçılardan məsləhət alın.
  2. Uzunömürlü çiyələk növüdür: Bu növ ən məşhur və ən çox yetişdirilən çiyələklərdir. Çünki 5 il, hətta daha uzun müddət ərzində böyüyürlər. İl boyu meyvə verir və daha uzun müddət qalırlar. Daha çox istehsal istəyirsinizsə bu növ daha məsləhətlidir.
  3. İyun çiyələyi mürəbbəlik və saxlamaq üçün ən məsləhətli çiyələklərdir.
  4. Uzunömürlü çiyələk növünə bənzər lakin daha az məhsul verən başqa çiyələk tipi var. Təzə yeyilməsi üçün ən dadlı çiyələkdir.
  5. Ən xırda çiyələk tipi isə Alp çiyələkləridir. Meyvəsi balaca və dadlı olan bu tip çiyələk cem üçün daha əlverişlidir.

Çiyələk şitillərini aldıqdan sona qablarda uzun müddət saxlamayın, uzun müddət qalarsa kök ucları bağlanar və yetişməməsinə səbəb olar. Şitilləri alarkən xəstəlik əlamətlərinə daim nəzarət edilməlidir. Çiyələk şitillərinin yarpaqları canlı, yaşıl olmalıdır. Qəhvərəngi kənarları və ya solmuş ucları artıq xəstəlik əlamətləri olaraq müəyyənləşir.

Xəstəliklərə qarşı dözümlü olan bitkilərdən seçin. Bu seçenək baha olsa da bu bitkilər çiyələk şitillərinin tez yoluxduğu göbələk xəstəliklərinə qarşı dözümlü olacaq.

çiyələk agroexpert_az ciyelek satisi
Sahədə çiyələk əkilməsi

Çiyələyi harada yetişdirəcəyinizə qərar verin. Əkməyi nəzərdə tutduğunuz bölgənin iqliminə və əraziyə görə seçim etməlisiniz. Çünki çiyələklərə ehtiyacları olan torpağı və gübrəni verdiyiniz zaman tarlalarda da, dibçəklərdə də yaxşı yetişirlər.

Çiyələk əkini üçün uyğun vaxtı seçin

Çox meyvə verən çiyələk növləri yay aylarında, əsasən də ikinci və sonuncu ayında əkilməlidir. Alp çiyələkləri isə yazın ikinci və üçüncü yaları əkilir. Uzunmüddətli saxlanıla bilən çiyələklər yazın sonu əkilərkən məhsuldar olur. Çünki müəyyən vaxtda yeni əkilən torpağa öyrəşir, kök sistemi sağlam bir şəkildə inkişaf edir. Bu əkin vaxtı mülayim iqlim bölgələrinə daha uyğundur.

Mülayim və günəşli yerləri seçin

Çiyələklər kölgənin olmadığı birbaşa günəş işığı düşən yerləri sevirlər. Minimal səviyyədə küləyi də sevirlər. Qismən kölgəli yerlərdə çiyələk fidanı çiyələk verir, lakin məhsul tam günəşli olan yerlərdəki qədər sürətli böyümür.

Ardı var…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика