Çöl göyərçinləri

Dünyanın ən ağıllı heyvanları siyahısına daxil olan göyərçinin  300 növü var  və 30 ölkədə onlara heykəl ucaldılıb.  Lakin hələ elmə məlum olmayan  sirli və müəmmalı tərəfləri çoxdur.

Komufulyaj olan göyərçinlər:

Hələ lap qədimlərdən ağıllı hesab edilən göyərçinlərin poçtalyon kimi istifadə olunduğu hər kəsə məlumdur. Müasir dövrdə göyərçinlərin poçtalyonluq vəzifələri bir az daha inkişaf etdirilərək, dövlətlər arası agentliyə qədər yüksək çöl göyerçinleri“rütbələrə” çatdırılmışdır.

Göyərçinlər əsasən tropik zonalarda və soyuq ərazilər istisna olmaqla planetimizin hər yerində məskunlaşıblar. Sülh rəmzi sayılan göyərçinlər tarixə keçən bir çox  qəhrəmanlıqların da sahibidirlər. Göyərçinlər çox qədimdən əhilləşdirilmişlər. Lakin dünyada ən çox yayılanları çöl göyərçinləridir. Çöl göyərçinlərinin vətəni Avropa hesab edilir.

Ağaclarda və qayalıq yerlərdə olurlar. Meyvələr, dən və toxumlarla bəslənirlər. Kürt yatma zamanı iki yumurta qoyurlar. Erkək və dişi birlikdə kürt yatarlar, balalarını birlikdə böyüdərlər.

Göyərçinlər maraqlı quşlardır. Onların özlərinə məxsus xüsusi özəllikləri və bacarıqları var. Belə ki,

Bir çox elmi araşdırmaya görə sübut olunub ki, onlar çox ağıllıdırlar. Gördükləri yüzlərlə görüntüləri illərlə yadda saxlaya bilirlər. Insanlara nisbətən saniyədə daha çox kadr qəbul edərlər. Belə ki, insan gözü saniyədə 24 kadr, göyərçin gözü isə 75 kadr qəbul edə bilir. Heyrətamiz görmə qabiliyyətlərini nə günəş şüası, nə şimşək işığı, nə də ki lazer şüaları sarsıda, qamaşdıra bilmir. Gözlərindəki xüsusi toxumalar sıxlığı dəyişmək, şəfaflaşaraq və ya tündləşərək şüaları buraxmamaq kimi xüsusiyyətlərə malikdir. Çox yüksək məsafədən yerdə, daşların arasındakı kiçik buğda dənəsini görməyi bacarırlar.

Hələ lap qədimdən bu quşlar görmə qabiliyyətlərinə, yaddaşlarının gücünə görə xəbər daşıyan-məktub aparan quşlar kimi istifadə olunurdular. Onlar olduqları ərazini unutmazlar və evin yolunu tapıb geri dönərlər.

Göyərçinlərin bədən quruluşları da – qısa, lakin möhkəm ayaqların üzərində şişman bədən və kiçik bir baş olmaqla özlərinə məxsus  şəkildədir. Ayaqları yaxşı inkişaf etmişdir. Arxa barmaqları yerə dəyir.

göyərçinlər-sarı göz çöl göyərçiniGöyərçinlərin lələkləri coddur, amma həm də hamardır. Böyük bir göyərçinin təxmini 10 min lələyi olur. Bədənlərində lələklərin yerləşmə sistemi uçuş zamanı hava axınına nəzarәt etməyə imkan verir. Bəzi növlərində lələklər qeyri-adi formada olur və bu onlara daha asta sürətlə uçmağa imkan yaradır. Başqa bir növ göyərçinlər də isə lələkləri uçuş zamanı xüsusi səslər çıxarmağa imkan verir. Maraqlısı  da budur ki, göyərçinlər elə bu səslər vasitəsilə ünsiyyət qururlar.

Çöl göyərçinləri əsasən rəngarəng olmurlar. Onlar qara, qəhvəyi, göyboz rəngdə olurlar. Erkək və dişi göyərçinlər öz aralarında oxşar olsalar da, erkəklər daha iri və deyilənə görə daha ağıllı olurlar. Həmçinin göyərçinlər arasında elə növlər var ki, onlar dünyanın ən gözəl quşları arasında yer alırlar. Məsələn, taclı meyvəli göyərçinlər.

  • Göyərçinlər müəyyən hərəkət ardıcıllığını öyrənmək qabiliyyətinə malikdilər.
  • Çöl görəçinləri mədələrini doldurduqdan sonra qidanı boğazlarında toplayarlar.
  • Çöl göyərçinləri özlərini güzgüdə tanıya bilirlər. İndiyə qədər elə hesab edilirdi ki, bu bacarıq yalnız insanlara, primatlara, delfinlərə və fillərə xasdır.

Bir-biridən gözəl olan, təbiətin insanlara ərmağanı olan bu quşları qorumaq, əsrlər boyunca xidmət etdikləri, köməklik göstərdikləri insanların mənəvi borcudur!!!

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!