Covid-19 karantinində fors-major vəziyyət

Karantin Ukrayna biznesini COVID19-dan daha sürətli məhv edə bilər

EastFruit informasiya və analitik beynəlxalq platformanın rəhbəri Katerina Zverevanın yazısı.

Karantinin fors-major hallar siyahısına daxil edilməsi biznesi  niyə məhv edə bilər?

Ukraynada COVID19-nın yayılması və karantin tətbiqi səbəbindən böhran dalğası ölkədə biznesi ən ağır şəkildə vurdu. Ukrayna biznesi artıq tərəfdaşlar tərəfindən əvvəlcədən bağlanmış öhdəliklərin yerinə yetirilməməsi və bütövlükdə iş dünyasının fəaliyyətinin azalması problemləri ilə üzləşib.

“Fors-major şərtləri“ bu ifadə bu gün demək olar ki, ən çox işlədilən termindi. Bundan  əlavə,  17 mart tarixində parlamentin qərarı ilə Ukraynada tətbiq olunan karantin artıq elə fors-major hal sayılır. Bu qanunun 5-ci maddəsində Koronavirus xəstəliyinin (Covid-19) meydana gəlməsinin və yayılmasının qarşısının alınması üçün Ukraynanın bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi qərara alınıb.

Müəssisədəki “fors major” anlayışının mahiyyəti nədir və nəticələri nə ola bilər?

Ümumi qəbul edilmiş tərifə görə, fors-major – müqavilədə (saziş) nəzərdə tutulmuş öhdəliklərin, şərtlərin yerinə yetirilməsini qeyri-mümkün edən fövqəladə və qaçılmaz hallardır.

agroexpert.az fors-major hal

Fövqəladə vəziyyət (fors-major) anlayışı demək olar ki, bütün standart iş müqavilələrində mövcuddur. Ümumiyyətlə, fors-major bir müqavilə və ya razılaşma tərəflər arasında öhdəliklərin pozulmasına görə məsuliyyətdən azad olmaq üçün vacibdir. Bu o deməkdir ki, bu gün iş yoldaşınız əvvəllər alınan xidmətlər və ya satın alınan mallar üçün sizə pul ödəməkdən imtina edirsə, deməli hüquqi baxımdan o haqlıdır və “biznes etikası”, “öhdəliklərin yerinə yetirilməsi”  ,” işçi və müəssisə arasındakı etika” kimi anlayışlar Parlamentin yeni qərarına əsasən arxa plana keçir.

Karantin zamanı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi üçün, bu fors-major halına əsaslanaraq, Ukraynanın Ticarət və Sənaye Palatasına müraciət və şirkətdə fors-major hadisəsini təsdiqləyən xüsusi bir sertifikat almalısınız.

Ukrayna biznesi indi daha çox dövlətin yersiz zarafatına bənzəyir. Bununla birlikdə, “fors major” qanununun qəbul edilməsi böhranı daha da dərinləşdirir, çünki öhdəliklərin yerinə yetirilməməsi üçün böyük boşluqlar olacaq. Ukrayna biznesi artıq tərəflərin əvvəlcədən bağlanmış öhdəliklərini yerinə yetirməməsi ilə üzləşib. Bu, təkcə Ukrayna biznesmenləri tərəfindən deyil, həm də xarici tərəfdaşlardan da baş verir.

Bu gün Ukraynanın hüquqi mühitində karantin zamanı fors-major hallarının əvvəllər bağlanmış müqavilələrin və müqavilələrin icrasına görə məsuliyyətdən azad etməməsi, yalnız fors-major halında tərəflərin öhdəliklərini təxirə salması ilə bağlı bir çox fikir eşidə bilərsiniz. Guya karantin bitdikdə, bütün şərtlər onsuz da yerinə yetiriləcək. Və həqiqətən belədir. Reallıq onu göstərir ki, karantinin məqsədləri və müddəti hələ tam bilinmir. Biznesin isə bu gün pula ehtiyacı var. Buna görə, vəkillər müqavilə öhdəliklərinin fors-major halından sonra yerinə yetirilməli olduğunu söylədikdə nəzərə almalıdılar ki, o vaxta qədər bir çox şirkət sadəcə mövcud olmaya bilər .

Katerina Zverevanın bu fikirlərinin keçerlik dərəcəsi Ukrayna ilə kifayətlənmir.

Əslində elə bütün ölkələr, biznesmenlər, biznes sahələri üçün keçərlidir. Çox doğru vurğulayır ki, “ Bəlkə də o vaxta qədər bir çox şirkətlər mövcud olmayacaq”. Çünki Koronavirus dalğasının altında məhv olacaqların siyahısı günü-gündən qabaracaq. Ölkəmiz üçündə həmin fors-major vəziyyət hal-hazırda keçərlidir. Əslində bildiyimiz kimi fors-major hal bizdən asılı olmayan səbəblərdən yaranan vəziyyətdir. Bir şirkət, bir şəhər, bir ölkə daxilində olduqda onun fəsadları da bu qədər böyük olmur, aradan qaldırmaq, kompensasiya etmək çox zaman mümkün olur. Lakin qlobal səviyyədə baş vermiş belə bir prosesdə Biznes etikası, işçi etikası əlbətdə ki, uzun müddətli pozulacaq. İşçisi işləməyən müəssisə, gəlir əldə etməyən sahibkar davamlı olaraq bir neçə ay onu pulla təmin edə bilməyəcək. Ya da etmək istəməyəcək. Uzun sözün qısası elə bizim də şirkətlər, sahibkarlar, bağladıqları müqavilələr və işçiləri də bu dalğada “üzürlər”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!