Çox ləzzətli soğan dolması

“Nahara nə hazırlayım?” deyə düşünürsünüzsə , Agroexpert.az həm ləzzətli, həm də olduqca asan hazırlanan soğan dolmasının reseptini təqdim edir.

soğan dolması haqqinda
Tərkibi:
  • 300 qr qiymə
  • 1 stəkan düyü
  • 3 ədəd orta ölçülü soğan
  • 1 çay qaşığı pomidor tomatı
  • 1 çay qaşığı bibər pastası (tomatı)

  • 2 ədəd acı bibər
  • 1 dəstə cəfəri
  • 1 fincan zeytun yağı
  • kəklikotu
  • zərdəçal
  •  küncüt
  • sumaq
  • duz
  • istiot
Üzəri üçün :
  • 1 xörək qaşığı kərə yağı
  •  acı qırmızı bibər tozu
  • nanə qurusu

Soğan dolması. Hazırlanma qaydası:

İlk öncə soğanları soyub  bir kənarından çərtin və yumşalanadək suda pörtlədin. İçlik üçün yuyulmuş düyünün içinə ədviyyatlar, qiymə, cəfəri və yağın bir qismini əlavə edib və qarışdırın. Bişmiş soğanı tək-tək qatlarından ayırın. Hazırlanan içliyi soğanın yarpaqlarına qoyaraq bükün. Soğan dolmalarını qazana düzün, üzərinə 1 stəkan su ( və ya ət suyu)  tökün və ocaqda bişməyə qoyun. Bişdikdən sonra süfrəyə verəcəyiniz  boşqaba dolmaları düzün. Bir tavada kərə yağında nanə qurusu  və acı bibər tozunu azca  qızdırın və soğan dolmalarının üzərinə gəzdirib süfrəyə verin.

Nuş olsun!

Maraqlı Reseptlər…

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673