Sağlam qidalanma Tərəvəzçilik

Çoxlarının bilmədiyi bənövşəyi kartof

“Time” jurnalı tarixin bütün dövrlərində insan orqanizmi üçün ən faydalı olan 50 bitki və qidanın siyahısını dərc edib. Bənövşəyi kartof bu siyahıya daxil olan, çoxlarına tanış olmayan, ən maraqlı qidalardan biridir.

Bənövşəyi kartof antik dövrün qidası hesab olunur. Hətta onu adi insanlar və qullar yeyə bilməzdilər. Müqədəs hesab edilən bitki əsasən, Cənubi Amerikada bitir. 7000 il əvvəl Cənub Amerikadakı İnk krallarına məxsus, bir yemək olaraq qəbul edilmişdir. Lakin son illərdə Avropada da onun istehsalı ilə məşğul olurlar.

Yediyimiz kartofdan 10 dəfə faydalı hesab edilir.

Bənövşəyi kartof haqqında nə bilirik?

ABŞ Əkinçilik Nazirliyinə görə ən tünd bənövşəyi rəngli kartoflar digər bənövşəyi kartoflara görə dörd qat daha çox antioksidant ehtiva edir. Ağ kartoflarla müqayisə etdikdə on qat daha çox antioksidant və antosiyanin ehtiva edir. Bənövşəyi kartof, indiki vaxtda bəzi ölkələrdə yetişir.

Antioksidant gücünə görə, brüssel kələmi, buruq kələm və ispanaqla eyni sıranı paylaşır.

Bənövşəyi kartof eyni zamanda yaxşı bir kompleks karbonhidrat, kalium, C vitamini, fol turşu və dəmir qaynağı olaraq bilinir. Bənövşəyi kartof hüceyrələri qoruyan və bədəni yaxşılaşdırmağa köməkçi olan antosiyaninlər, göz və ürək sağlamlığını dəstəkləmədə, xərçəng hüceyrələrinin çoxalmasını azaltmada və daha bir çox narahatlığın aradan qaldırılmasında aktiv rol oynayır.

Ehtiva etdiyi antosiyanin sayəsində xərçəng riskini əhəmiyyətli nisbətdə azaltdığı müəyyən edilmişdir. Piylənməyə qarşı kökəltməyən xüsusiyyətinə görə çox faydalıdır. Bronxlar, burun və ağciyər tıxanıqlığı müalicəsində təsirlidir. Bundan əlavə, yaşlanmağı gecikdirici xüsusiyyəti vardır.

Diqqət. Qızartma şəklində bişirərək istifadə edilməməlidir.

Siyahının növbəti pillələrində olan bitki və qidalar bunlardır: ton balığı, limon, manqo, çiyələk, böyürtkən, gilənar, Lahana turşusu, Meksika spagettisi, alma, pencər, gül kələm, balqabaq,  Kimçi sousu, zeytun, zəncəfil kökü və s.

 

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: