Cücələrdə qanlı ishal

Toyuq biznesi sərfəli sahə hesab edilir. Ən azından toyuq əti və yumurtasına tələbat daimidir və artan tendensiyadadır. Lakin toyuqları saxlamaq çətindir, xəstəliklərə qarşı həssas heyvanlardır. Xüsusən cücələri böyütmək daha müşküldür. Quş xəstəlikləri haqqında saytımızın xəstəliklər bölümündə çoxlu məqalələr yerləşdirmişik, tanış ola bilərsiniz. Bu məqalədə sizə cücələrdə baş verən qanlı ishal (qırmızı qarıngetmə) haqqında bəhs edəcəyik. 

İshal-cücələrin həzm sisteminə mənfi təsir göstərən prosesdir. Qarıngetmənin səbəbləri müxtəlifdir, bakteriyalar, viruslar, bağırsaq parazitlər və sair. Bunu yadda saxlayın, cücələrin immuniteti zəif olduğu üçün bu cür xəstəliklərə dözmürlər.

Qanlı ishal əlamətləri

Qarıngetmə zamanı cücələr zəifləyir, iştah azalır, çəki kəskin azalır, suya tələbatıartır, nəticədə quşlar ölür. Əgər ishalın səbəbi infeksiyadırsa hətta böyük quşlar da tələf ola bilər.

Necə tanımalı?!

Qanlı ishal birdən başlamır. Əvvəlcə aan ləkəsi olmadan qəhvəyi rəngli qarıngetmə baş verir. Bu zaman artıq böyük ehtimal, heyvanlar koksidiya adlanan parazitlərə yoluxublar. Xəstəlik əsasən isti havalarda baş verir.

Adətən koksidiya parazitləri quşlara çirkli qab və nəm ayaqaltıdan keçir.

Aşağıda xəstəliyin mərhələləri və əlamətləri verilib: 

  1. Cücələr çox su içir və yem yemir. Dimdikləri daim açıq qalır.
  2. Quşlar ölüvaydır, qanadları sallanır, tükləri pırpızdır.
  3. Qəhvəyi peyində tədricən qan ləkələri peyda olur.
  4. Cücələr kəskin arıqlayır, hərəkətsiz oturur, büzüşürlər.
  5. Pipikləri solğunlaşır, çünki qan azlığı başlayır.
  6. Cücələrin arxası daim yaş olur.

Mübarizə və müalicə

Burda bəzi məsləhətlər verəcəyik. Lakin bu işi əhlinə sormağı daha çox tövsiyyə edirik. Adətən veterinarlar qanlı ishal zamanı cücələrə Oksi-Doksi dərmanı tövsiyyə edirlər. Yenə də bu xəstəlik baş verən zaman baytarla məsləhətləşmək vacibdir. Xəstəlik gec təyin olunur, tez yayılır və çətin müalicə olur.

  • İlk mərhələdə yoluxan cücələri mütləq ayırmaq lazımdır.
  • Hini mütləq dezinfeksiya etmək lazımdır.
  • Hinin ölçüləri standarta uyğun olmalıdır, dar hində cücələr daha tez yoluxur.
  • Hində havalandırma olmalıdır, amma yel qətiyyən olmamalıdır.
  • Hinin divarlarını əhənglə ağartmaq məsləhət görülür.

Qeyd: Əgər qanlı ishal infeksiya nəticəsində yaranmayıbsa, cücələri müalicə etmək üçün bunları edə bilərsiniz:

  • Cücələrə süd məhsulları yedizdirin və düyü suyu içirin
  • Su əvəzinə marqanslı su və ya qaynadılmış çobanyastığı suyu verin
  • Yemlərinə mineral və vitamin əlavələri qatın

Burda dərmanlar yaza bilərdik, amma yuxarıda da quid etdiyimiz kimi, baytarla məsləhətləşmək lazımdır. Çünki bu xəstəlik ciddi fəsadlara səbəb ola bilər və hətta bütün sürünü məhv edə bilər.

Mənbə.

Cücələri necə sağlam böyütmək lazımdır bu məqalədə ətraflı izah edilib.

 

 

 

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!