Cücələrin yemləndirilməsi

cücələrin yemləndirilməsi, cücələrə qulluq
Cücələr nə yeyir?
Necə qidalanmalıdır?
Cücələrə hansı qaydada yem verilməlidir?

Qeyd etmək lazımdır ki, quşların boy və inkişafı, gələcək məhsuldarlığı digər amillərlə yanaşı  yemləmənin və baxımın düzgün  təşkilindən xeyli aslıdır. Odur ki, ilk günlər (1-10 gündə) cücələrin yemə olan tələbatı daima ödənilmişdir. Bu dövr ərzində quşlar gündə 5 dəfə, 10 gündən 30 günə kimi 4 dəfə, sonrakı baxım günlərində isə gündə 3 dəfə yemləndirilmişdir.

Cücələrin – cavan quşların yemləndirilməsi

İlk günlər cücələr 70 % qarğıdalı yarması və 30 %  buğda yarması qarışığı ilə, həmçinin suya 6-8 % şəkər tozu qatmaqla mayalandırıldıqda yaxşı nəticə almaq olur. İlk dövrdə cücələr gündə  5-6 dəfə yemləndirilməlidir. Sonralar yem və su qabları daima dolu olmalı, gün ərzində 3-4 dəfə yemləndirilməlidirlər. Artıq yuxarıda  qeyd edildiyi kimi bu zaman fasiləli işıq rejiminin köməyi ilə yemləmə stimullaşdırıla bilər. 1-10 günlük cücələr üçün qarışıq yemlərin tərkibində ən azı 20-22 % xam protein, 295-300 kkal mübadilə enerjisi, 3-4 % xam yağ olması, yemin mineral mad-dələrlə və vitaminlərlə zənginləşdi-rilməsi, həmçinin aminturşuların, xüsusən də, lizin və metioninin balanslaşd-ırılması böyük əhəmiyyət kəsb edir. Bu yaş dövründə gün ərzində hər baş cücəyə 8-12 qr qarışıq yem verilməsi normaya uyğun sayıla bilər.

Yumurtalıq istiqamətli toyuq kros-slarnın saxlanması zamanı 1-10 günlük cücələr üçün tərtib etdiyimiz yem paylarından istifadə olunması cücələrin ilk dövrdə boyatma və inkişafına müsbət təsir göstərir. Quşların boy və inkişafı praktiki əhəmiyyət kəsb edir. 

Belə ki, bu mərhələnin öyrənilməsi bilavasitə mühitlə əlaqədardır. Ayrı-ayrı mikro-iqlim amillərinin quşların inkişafına təsirinin mümkünlüyünü onların sis-tematik çəkilməsi ilə müəyyən etmək olar.

cücələrin yemləndirilməsi. quşların qidalanması. cücələr nə yeyir?

11-30 günlük cücələr üçün gündəlik yem norması 20-30 qr nəzərdə tutulması məsləhətgörülür. Bu yaş döv-ründə xam proteinin miqdarı 19-20%, mübadilə enerjisi isə280-290 kkal arasında olmalıdır.

Cavan quşlara 90-120 günlük yaş dövründə 80-90 qr qarışıq yem verilməlidir. Çünki buyaş dövründə quşlar boyatmanı davam etdirməklə yanaşı, həm də cinsiyetişkənliyə çatır-lar. Bu dövrdə quşların cinsi yetişkən-liyə çatması iləəlaqədar skelet də formalaşmağa başlayır və bu cəhətdən çanağın düzgün inkişafetməsi mühüm əhəmiyyət kəsb edir. Odur ki, bu bəsləmə dövründə yemin tərkibindəmineral maddələrin və D qrupu vitaminlərinin normaya uyğun balanslaşdırılmasıtələb olunur.

Yumurtalıq istiqamətli cücə-lərin bəslənməsi zamanı bir sıra məhsuldarlıq göstəricilərinəxüsusi diqqət yetirilməlidir.

HeyvandarlıqElmi Tədqiqat İnstitutu

Aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent, F.M.Mirzəyev

Şöbə müdiri,Y.Q.Gözəlov

Quşlar haqqında daha ətraflı məlumat üçün bu bölməyə baxa bilərsiniz…

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!