Çuğundur bitkisinin əkini

Ölkəmizdə becərilən bitkilərdən olan çuğundur pəncərkimilər fəsiləsinə aiddir. Çox qiymətli təsərrüfat bitkilərindən olan çuğundurun köklərində bir sıra faydalı maddələr var.

çuğundur agroexpert.az

Insanların çox qədim zamanlardan çuğunduru tanıdığı və istifadə etdiyi məlumdur. Beləki, qədim yunanlar və romalıların yeməklərində çuğundur çox istifadə olunan bir tərəvəz bitkisidir. Ancaq 16-cı əsrdən etibarən çuğundurun geniş şəkildə əkildiyi tarixdə məlumdur.

Tərəvəz kimi istifadə etdiyimiz bu bitki bir və ikiillik ot bitkisidir. Əsasən köklərindən istifadə olunan bitkinin yoğun, şaxəli ağ rəngdən başlayaraq tünd – qırmızı rəngə qədər müxtəif rəngləri var. Acza şırımlı köklərə malikdir. Yarpaqları şirəli, uzun saplaqlı, kənarı bütöv, yumurtavarıdır. Hamışıq çiçəkləri ləçəklidir, kasacığı solğun – yaşıl rəngdədir. Meyvəsi kürəvarı olub, üstən yastıdır, sərtdir, toxumları qara – qonur rəngdədir.

Azərbaycanda çuğundurun 4 növü daha çox becərilir. Bundan başqa, respublikamızda çuğundurun müxtəlif sortları da təsərrüfatda istifadə edilir.

Azərbaycanın bütün rayonlarında çuğundurun müxtəlif yeməli və yem sortları geniş yetişdirilir. Yerli əhalinin həyatyanı sahələrində də istifadə etmək üçün şəkər çuğunduru əkilir.

Qeyd edək ki, keçən il şəkər çuğunduru ən çox İmişli (917 ha), Ağcabədi (848 ha), Tərtər (670 ha), Tovuz (668 ha), Beyləqan (557 ha) və Füzuli (553 ha) rayonlarının ərazisində əkilib.  

çuğundur bitkisi agroexpert.az
Çuğundur əkiləcək torpaq necə olmalıdır?

Çuğundur dərin gil və kifayət qədər üzvi maddələrlə zəngin olan torpaqlarda becərilir.PH dəyəri 6,5 ilə 7,5 arasında olan və yüngül qumlu torpaqlarda əkilə bilən çuğundur bitkisinin toxumu əslində qurudulmuş meyvəyə bənzəyir. Şaxtalardan sonra ilk ayda əkilə bilən çuğundur bitkisinin toxumları arasında bölgəyə görə 10 sm-ə qədər boşluq olmalıdır. Əkin prosesi son şaxta olana qədər hər 2 həftədən bir davam edir.

Çuğundur əkiləcək sahə təzə heyvan gübrəsi ilə gübrələnməlidir. Çuğundur əkilən yerdə qeyri-üzvi qida maddələri çox olarsa, orqanik gübrəyə ehtiyac yoxdur. Pomidor, kələm, kükürd və kartofdan sonra həmin sahədə əkimi çox məhsuldar olur. Torpaq tərkibi məhsuldarlığı artırır.

Ağır gilli torpaqlarda yetişən bəzi çuğundur növlərində tərəvəzin yuyulmasında çətinlik yaranır.

Lakin çuğundur əkimində torpağın gil tərkibli olmaması cücərmə dövründə böyük problemlər yaradır. Bitkinin cücərməsi üçün toxum torpaqla yaxşı təmasda olmalıdır. Gilsiz torpaqlarda mümkün deyil.

Çuğundur necə əkilməlidir?

Çuğundur əkiləcək torpağa heyvan gübrəsi istifadə ediləcəksə bu gübrələmənin əkindən ən az 2-3 ay əvvəldən edilməsi lazımdır. Çox istifadə olunan peyin çuğundurda daha çox yarpaq inkişafına səbəb olur. Əkindən əvvəl NO3 formalı 8-10 kg azot, 10 kg asan həll ola bilən P2O5, 15-20 kg K2O torpağa səpilərək suvarılıb qarışmağı təmin edilir. əkindən əvvəl torpaq incələnməli və sonra şumlanmalıdır. Cücərmə dövründə aşağı istilikdən və yüngül donlardan mütləq qorumaq lazımdır. Bu mövzuda diqqətli olmaq, lazım olduğunda əkin vaxtını dəyişdirmək əsas şərtlərdəndir.

Cücərdiyi zaman sıx olan şitillər seyrəkləşdirilir. Əlavə alaq otlarının vaxtında təmizlənməsi lazımdır. Bu da məhsulun keyfiyyətli olmasına təsir edir.

Çuğundur su sevən bitkidir. Belə ki nəm torpaqda daha yaxşı məhsul verir. Bu səbəblə çuğundur yetişdirilməsində çiləyici suvarmaya üstünlük verilir. Bundan əlavə, arxarla suvarma da istifadə olunur. Son zamanlar damcılı suvarma üsulu daha geniş istifadə edilir.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669