Bitkilər Məhsullar

Çuğundur haqqında bilmədiklərimiz

agroexpert_cugundurÇuğundur cinsinin dünya florasının tərkibində 12 növü yayılmışdır. Tərəvəz çuğunduru qiymətli qida və dərman əhəmiyyətli texniki xüsusiyyətlərə malik bitkidir. Tərəvəz çuğundurunun kök-meyvəsindən 12%-ə qədər şəkər, 1,7% zülali maddə aşkar edilmişdir. Şəkərin tərkibi-saxaroza, qlükoza və fruktozadan ibarət olduğundan, bu da şəkərli diabetə tutulmuş xəstələrdə maddələr mübadiləsinin normal gedişinə səbəb olur. Çuğundurun tərkibində olan üzvü turşular (quzuqulağu, alma, limon və s) orqanizmdə maddələr mübadiləsinin normal getməsinə şərait yaradır.

Kökmeyvənin tərkibindəki 1,2 % pektin, 5-15 mq % betain, askorbin turşusu, 0,02 mq % B„ 0,04 mq%, B2, PP, 0,2 % foli turşusu, karotin (provitamin A), 288 mq% kalium, 40-45 mq% manqan, 1400 mk/q % 100 dəmir, 140 mk/q 100 mis, vanadium, bor, yod, litium, molibden, ribidium, ftor, sink və s. makro və mikroelementləri də aşkar edilmişdir. Çuğundurun təzə şirəsi ilə bir çox xəstəliklərin, o cümlədən spazmanı, damar genişlənmələrini, sklerozu müalicə etmək üçün gözəl vasitə hesab edilir. Bundan əlavə, şirədən qanyaratma, mədə şirəsi vəzisinin fəaliyyətinin artırılmasında, yoğun bağırsağın normal işləməsində, bağırsaqda miqroorqanizmlərin normada saxlanılmasında, artıq olan xolesterinin orqanizmdən kənar edilməsində geniş istifadə edilir.

Çuğundur şirəsindən kapilyar və qan damarlarının fəaliyyətinin artırılmasında, damarlarda baş verən spazmaların aradan götürülməsində, xərçəng cöplərinin inkişafının dayandırılmasında, maddələr mübadiləsinin nizama salınmasında, cinsi vəzilərin normal işləməsində, eləcə də görmə qabiliyyətinin artırılmasında istifadə olunur. Şəkər çuğundurundan kolitdə, aterosklerozda, tireotoksikozda, aritmiyada, hipertoniya xəstəliklərində, qaraciyər, atomya (tonusun zəifləməsi), xroniki qəbizlikdə tətbiq edilir. Qanın tərkibində olan dəmir azlığını aradan qaldırmaq üçün çuğundur şirəsini bərabər miqdarda kök və qara turpun şirəsi ilə qarışdırıb gündə 5 dəfə bir xörək qaşığı qəbul etməyi məsləhət görürlər. Çuğundurun müalicəvi xüsusiyyətləri bizim eradan çox-çox əvvəl o dövrün məşhur tibb alimlərinə Hippokrata, Qalenə, Dioskoridə, İbn Sinaya, Paraselə və s. tanış idi. Onlar şəkər çuğundurundan hazırladıqları reseptlərlə qanazlığını, mədə və onikibarmaq bağırsaqda baş verən nasasızlıqları, qaraciyərdə baş verən pozğunluqları müalicə edərmişlər. İbn Sina təzə çuğundurdan hazırladığı məlhəmi limfa düyünlərində əmələ gələn şişlərin üzərinə yaxıb müalicə edərmiş. Hippokrat çuğundurdan 10-dan artıq müalicə preparatları hazırlamışdır. Qədim əlyazmalarında çuğundurla bir cox xəstəliklərin müalicəsi haqqında maraqlı məlumatlara rast gəlmək olar. Kecmişdə çuğundurla müalicə edilən xəstəliklərin nəzəri və praktiki xüsusiyyətləri işlənib hazırlanmışdır.

Həkimlər profilaktiki olaraq bir sıra xəstəliklərin qabaqcadan qarşısını almaqdan ötrü bir necə ay müddətində hər gün 1-2 xörək qaşığı yeməkdən qabaq çuğundur şirəsi qəbul etməyi məsləhət görürlər. Çuğundurun tərkibindəki fenol xüsusiyyətli antosian maddələri əlavə yardımcı vasitə kimi xərçəngin orqanizmdə yaranmasının qarşısını alır. Çuğundurun tərkibində olan fenol və antosian birləşmələrinin xərçəng xəstəliklərinə olan təsir mexanizmi dazıotundan, qara qarağatdan, qaragilədən, dəmirovotundan, fenol və antosian birləşmələrindən 8 dəfə güclüdür. Uzun sürən yuxusuzluğu aradan qaldırmaq üçün yatmağa bir saat qalmış çuğundur şirəsinə bal qatıb içməyi məsləhət bilirik. Kök şirəsi ilə çuğundur şirəsini qatıb, «sağlamıq eliksiri» hazırlayırlar. Bu şirənin tərkibinə əlavə olaraq, kərəviz, alma və xiyar şirəsi əlavə edib daxilə qəbul edərək orqanizmin sağlamlıq durumunu artırmaq mümkündür. Xalq təbabətində çuğundur şirəsini balla qatışdırıb vərəm və qanazlığında istifadə edirlər.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: