Çuğundur yetişdirərkən bunlara diqqət edilməlidir

Ölkəmizin demək olar ki, bütün rayonlarında çuğundurun müxtəlif sortları yeməli və yem sortları geniş becərilir. Bundan başqa, yerli əhalinin həyatyanı sahələrində də şəkər çuğunduru yetişdirilir.

Ötən yazımızda çuğundur əkimi barədə sizlərə geniş məlumat təqdim etmişdik. Bu yazımızda isə əkilən çuğundura qulluqdan və bir sıra əkilmə qaydalatından bəhs edəcəyik.

çuğundur agroexpert.az
Çuğundur necə əkilir?

PH dəyəri 6,5 ilə 7,5 arasında olan və yüngül qumlu torpaqlarda əkilə bilən çuğundur bitkisinin toxumu əslində qurudulmuş meyvəyə bənzəyir. Şaxtalardan sonra ilk ayda əkilə bilən çuğundur bitkisinin toxumları arasında bölgəyə görə 10 sm-ə qədər boşluq olmalıdır. Əkin prosesi son şaxta olana qədər hər 2 həftədən bir davam edir.

Qışda istehlak etmək üçün yazın ortasında əkilmiş çuğundurdan çox məhsul əldə etmək olmaz. Çuğundurun cücərməsini sürətləndirmək üçün sərin və ya buludlu bir gündə əkmək daha rahatdır. Əkindən sonra torpaq kifayət qədər suvarılmalı və nazik bir gübrə təbəqəsi ilə örtülməlidir.

Bitkinin fidanları yetişməyə başladıqdan sonra çuğundur dəstələri qayçı ilə seyreldilməlidir. Hər çuğundur qrupunda sağlam fidan qorunmalı, qalan fidanlar isə kəsilməlidir. Bundan əlavə, çuğundur sahəsində yetişən digər tərəvəzlərə zərər verməmək üçün, qoparma işlərini əllə, ehtiyatla görmək lazımdır.

Çuğundur yetişdirərkən nəzərə alınmalı olan amillər

Bu tərəvəzi yetişdirərkən nəzərə alınmalı olan bir çox amil var. İsti havalarda yığıla bilən çuğundurun kök rənginin parlaq olmadığını və rənginin acı olduğunu bilməliyik. Buna görə də, sərin havada yetişdirilməli olan çuğundurların sərinliyini də qorumaq lazımdır.

Çuğundurların suvarma proseslərinə də diqqət yetirilməlidir. Yetərincə suvarılmayan çuğundur sahələrindən heç bir məhsul əldə etmək olmaz. Bundan əlavə, gübrələmə zamanı gübrələrin həddindən artıq istifadəsi uyğun deyil. Çuğundur köklərindən məhsul almaq üçün torpağı hər 4 həftədə yüksək dərəcədə kalium və fosfor gübrələri ilə bəsləmək vacibdir.

Çuğundur yığımı necə olur?

Tərəvəz təxminən 6.3 sm diametrə çatdıqda, yığılmalıdır. Bu dövrdə yığılan məhsulun dadı daha ləzzətli olur. Bilmək lazım olan ən vacib şey çuğundurun kök hissəsi böyüdükcə bitkinin ləzzətini itirməsidir. Həmçinin məhsul yığarkən kökləri əl ilə çıxarmaq lazımdır. Alternativ olaraq, torpağı yüngül bir şəkildə suvararaq yumşalda bilərsiniz və sonra yenidən əl ilə toplaya bilərsiniz.

Çuğundur yığımında kök hissəsinin nəmliyini azaltmamağa diqqət yetirilməlidir. Nəm itkisini minimuma endirmək üçün bir əlinizlə çuğundurun kökünü, digər əlinizlər yarpaq hissələrini tutmaq kifayətdir. Kök yumruları da bükərək qopara və sonra plastik tərəvəz torbalarında saxlaya bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика