Çuğundurun faydası və ziyanı nələrdir

Çuğundurun faydaları nələrdir?
çuğundur suyu agroexpert.az

Çuğundur yığıldıqdan sonra şəkər çuğunduru kimi emal edilmək üçün fabriklərə göndərilir. Daha sonra şəkər çuğunduru şəklində satışa təqdim olunur. Şəkər çuğundurunun faydaları aşağıdakılardır:

• Anemiya (qan azlığı) problemlərinə xeyirlidir.

• Qaraciyərin funksiyalarını qorumaqda kömək olur.

  • • Həzmi asanlaşdırır.
  • • Böyrəklərin sağlam işləməsini təmin edir.
  • • Qəbizliyə qarşı təsirlidir.

Sinir hüceyrələrinə təsir etdiyi üçün sakitləşdirici xüsusiyyətə malikdir.

  • • Yüksək qan təzyiqi olanlar üçün faydalıdır.
  • • Çuğundur suyu içilməsi xərçəng riskini azaldır.
  • • Vərəm xəstəliyinə qarşı immuniteti gücləndirir.

Çuğundurun faydaları bunlarla bitmir. Qırmızı çuğunduru istifadə etməyin bədənə ciddi faydaları olduğu da məlumdur. Əvvəla, dişlərin və sümüklərin möhkəmləndirilməsində təsirli olur. Çünki qırmızı çuğundur tərkibində bol kalsium ehtiva edir. Bundan əlavə, iltihab əleyhinə güclü vasitə olan çuğundur suyu səhərlər limonla qarışdırılaraq içilə bilər.

Onun tərkibində fol turşusu və B vitamini də vardır. Çuğundur müntəzəm olaraq istehlak edildikdə körpələrin sağlamlığına faydalı təsir göstərir. Bundan əlavə qırmızı çuğundurun ekzema, saç tökülməsi və qaraciyər xəstəliklərinin qarşısının alınmasında təsirli olduğu bilinir.

Bağırsaq fəaliyyətini sürətləndirən çuğundur suyu həzmi asanlaşdırır. Bu şəkildə qəbizliklə mübarizə aparır. Çuğundur suyu qanda homosistein maddəsinin səviyyəsini də azaldır. Bu ürək-damar xəstəlikləri riskinin azalması deməkdir.

Çuğundurun əks təsiri varmı?

Bu tərəvəzin suyu bəzi əks təsirlərə səbəb ola bilər. Əvvəla çuğundur suyu olduğu kimi içilməməlidir. Alma, kərəviz, yerkökü və ya digər tərəvəzlərlə qarışdırmaq məsləhətdir. Həmçinin, yüksək miqdarda sulandırılmadan içilən çuğundur suyunun qaraciyərə zərər verə biləcəyini də unutmamaq lazımdır. Nəhayət, mədə xorası və ya böyrək daşları olanlara da çuğundur suyu içmək etmək tövsiyyə edilmir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!