Dəmyə mühitdə qarğıdalı əkini

agroexpert_Az demye seraitinde ekincilikQarğıdalı bitkisindən yüksək dən və yaşıl kütlə məhsulu almaq üçün sahəni düzgün seçmək lazımdır. Çünki sahənin relyefindən aşağıdakı amillər bir-başa asılıdır:

  • istifadə olunan texnikanın hərəkəti
  • sahənin suvarılması
  • məhsulun yığılması
  • aparılan aqrotexniki tədbirlər.

Bu sahələr yaxşı şumlandıqda torpağın su-fiziki keyfiyyətləri yaxşılaşmaqla bitkinin inkişafı üçün su ehtiyatı toplanır və torpaqda aerasiya prosesi yaxşılaşır.

Müxtəlif torpaq-iqlim zonalarında qarğıdalının səpin müddətləri müxtəlifdir.

Qarğıdalı istilik sevən bitki olduğundan torpaqda 8-100s istilik olduqda əkilməlidir. Respublikamızda becərilən dənlik və silosluq qarğıdalı sortlarının səpin norması torxumun böyüklüyündən asılı plaraq, 1000 ədəd dənin kütləsi 300-350 qr. hektara 17-20 kq olmaqla 45-50 min bitki hesabı ilə əkilir. Sahədə cərgəarası 70 sm. bitki arası isə 25 sm (70×25) olmalıdır. Səpinqabağı sahələrə

hektara 20 ton peyin, fiziki çəki hesabı ilə 300 kq fosfor, 165 kq kalium gübrəsinin verilməsi və pərşum edilməsi məsləhət bilinir.

Dəmyə zonasının torpaq-iqlim şəraitindən asılı olaraq qarğıdalı bitkisinin normal böyüməsini və inkişafını təmin etmək üçün

  • cərgəarası becərmələrdən 3 dəfə kultivasiya,
  • bitki aralarının seyrəldilməsi,
  • bitkilərin dib doldurulması aparılmalıdır.

Belə ki, yemlımə gübrəsi kimi qarğıdalı bitkisinin inkişafının 3-5 və 7-8 yarpaq əmələ gəlmə mərhələsində hektara fiziki çəki hesabı ilə 250-300 kq azot gübrəsi (amonium şorası) kultivasiyadan qabaq sahəyə verilməli və kultivasiya aparılmalıdır. Cərgə aralarında birinci kultivasiyanın 8-10 sm, ikinci kultivasiyanın 6-8 sm, üçüncü kultivasiyanın isə 5-6 sm dərinlikdə aparılması daha məqsədəuyğundur.

Dəmyə şəraitində qarğıdalı bitkisinin becərilmə texnologiyası

Qarğıdalı bitkisinin inkişafının ilkin mərhələsində alaq otlarına qarşı Lintur, 2,4 D Amin duzu, ziyanvericilərə qarşı “Karate”, xəstəliklərə qarşı “Boleyton” preparatlarından istifadə edilməsi çox əhəmiyyətlidir.
Dən üçün yığılan məhsulun tərkibində nəmlik 27-30% olmalıdır.

Respublikamızda elmi tədqiqatlar nəticəsində yüksək məhsuldar, xəstəlik və zərərvericilərə qarşı davamlı sort və hibridlər alınmışdır.

Bunlar da müxtəlif torpaq-iqlim şəraitində becərilir. Belə ki, Zaqatala-68, Zaqatala-514, Xəzər, Mirvari və çoxlu perspektivli sortlar alınmışdır.  Onlar təsərrüfatlarda yüksək məhsuldarlığı və keyfiyyətinə görə seçilirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика