Dadlı keçi südlü PANKEK resepti

Pankek Avropa ölkələrində səhər yeməklərinin əvəzolunmazıdır. Bu xoş ləzzəti keçi südüylə hazırlaya bilərsiniz. Keçi südü zülal baxımından inək südünə nisbətən daha asan həzm edilir. Agroexpert.az keçi südüylə hazırlanan dadlı pankek reseptini təqdim edir.
Tərkibi:
- 1 stəkan keçi südü
- 1 stəkan ələnmiş un
- 1 ədəd yumurta ağı
- 1 çay qaşığı qabartma tozu
- 1 çay qaşığı şəkər tozu
- bir çimdik duz
- 1 xörək qaşığı maye yağ

Keçi südlü pankek -Hazırlanma qaydası:

İlk öncə bir qabda yumurta ağı, şəkər tozu, maye yağ, süd, un, qabartma tozu və duzu yaxşıca qarışdırın. Tavanı qızdırın və bir az maye yağ tökün. Xəmirdən çömçə ilə tavaya töküb iki tərəfli bişirin.
Qeyd: Zövqə görə pankekləri pendir əlavə edərək duzlu da edə bilərsiniz.
Nuş olsun!
Müəllif: Aysel Selcan