DAİM-lərin yanında Fermerlər Şurasının üzvləri ilə taxıl biçini prosesinin gedişatı müzakirə edilib

Respublika ərazisində taxıl biçini prosesinin gedişatı ilə bağlı mövcud vəziyyətin, carı tapşırıqların icrasının dəyərləndirməsi məqsədilə videokonfrans keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin təşkil etdiyi videokonfransda Ağsu, Astara, Xaçmaz, Füzuli, İmişli, Saatlı, Beyləqan, Şamaxı, Qobustan və Hacıqabul rayonlarının Dövlət Aqrar İnkişaf Mərkəzlərinin yanında fəaliyyət göstərən Fermerlər Şurasının sədrləri və fermerlər də iştirak edib. 

DAİM fermerlərlə görüş agroexpert.az

Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın digər sahələri kimi aqrar sahə də dayanıqlı inkişaf edir. Şöbə müdiri ölkədə aqrar sahədə həyata keçirilən tədbirlər, karantin günlərində görülən işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Videokonfransda taxıl biçini ilə bağlı mövcud vəziyyət müzakirə edilib. Bildirilib ki, taxıl biçininin optimal müddətdə başa çatdırılması üçün bütün zəruri tədbirlər görülüb və hazırda taxıl biçini prosesi davam edir.

Onlayn konfransda iştirak edən Fermerlər Şurasının üzvləri taxıl biçini prosesinin təşkilindən razı qaldıqlarını vurğulayıblar. Videokonfransda suvarma suyu ilə  təminat, fermerlərin maliyyə resurslarına çıxışının asanlaşdırılması istiqamətində görülən işlər müzakirə edilib. Fermerlər Şurasının fəaliyyətinin təmilləşdirilməsi üçün təkliflər səsləndirilib. 

Taxıl biçininin vaxtında və itkisiz həyata keçirilməsi üçün Fermerlər Şurasının üzvlərinə müvafiq tövsiyələr verilib, onların sualları cavablandırılıb, təklifləri qeydiyyata alınıb.

Videokonfransda bölgələrdə yaşayan fermerlər arasında maarifləndirmə tədbirlərinin əhəmiyyəti vurğulanaraq onlarla karantin rejiminin tələblərini pozmadan məsafədən ünsiyyətin gücləndirilməsi, məsləhət-informasiya xidmətinin daha da genişləndirilməsi, cari işlərin Nazirlər Kabineti yanında Operativ Qərargahın elan etdiyi xüsusi karantin rejiminə uyğun təşkil olunması tapşırılıb. 

DAİM-lərin yanında Fermerlər Şurasının üzvləri ilə mütəmadi videokonfransların mütəmadi keçirilməsi nəzərdə tutulur.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669