Damarı və ürəyi qoruyan məhsullar

Damar və ürək üçün təbii dərman

İldən ilə ürək-damar xəstəliklərindən əziyyət çəkən və bu xəstəliklərdən ölən insanların sayı artır.
Düzgün olmayan qidalanma damar problemlərinin əsas səbəblərindən biridir.

ürək dərmanıAlimlərin fikrinə görə, damarların əsas düşmənləri şəkər və trans-yağlardır (marqarin və s.). Şəkərın çoxlu miqdarda istehlakı damarlarda xroniki iltihaba səbəb olur. Trans-yağlar isə orqanizmdə pis xolesterinin səviyyəsini artırır.
Xolesterin iltihablaşmış damarlarda yığılır, damarları daraldır, onları zəif və kövrək edir. Belə damarlar tıxana, partlaya bilər ki, bu da infarkt və insulta gətirib çıxardır.

Əksinə isə bəzi məhsullar var ki, onların istehlakı damarları xolesterindən təmizləyir və möhkəmləndirir, infarkt və insultun riskini azaldır. Bu hansı məhsullardır? 

 

 

7 təbii məhsul

1. Yulaf yarması

Liflərlə zəngin olan yulaf yarması xolesterinin səviyyəsini aşağı salır.

2. Quşüzümü

Antioksidantlarla zəngin olduğundan quşüzümü ürək-damar sistemini möhkəmləndirir, aterosklerozun riskini azaldır.

3. Çia toxumu

Bu unikal məhsul omeqa-3 yağlı turşuların sayəsində qanda xolesterin və triqliseridlərin səviyyəsini aşağı salır, damarları möhkəmləndirir.

4. Yağlı balıq

Balıq omeqa-3 və omeqa-6 yağlı turşularla zəngindir. Bu turşular ürək-damar sistemi xəstəliklərinin profilaktikasında mühüm rol oynayır.

5. Avokado

ürək dərmanı

Avokado damarlarda iltihabları azaldır.

6. Qulançar

Vitamin, minerallar və liflər sayəsində qulançar pis xolesterini və təzyiqi aşağı salır.

7. Pomidor

Pomidorun tərkibində olan likopen damarları xolesterindən təmizləyir.

8. Yağlı məhsul

Təbii ki, az yağlı olan məhsullar nəzərdə tutulur.

Aşağıda biz sizə yağlı məhsulunun insana faydalı olduğunu təqdim edirik…

Damarları təmizləyən,ürəyi qoruyan yağlı məhsul 

Belə hesab olunur ki, yağlı məhsullar ürəyə ziyan vurur, damarların tıxanmasına, aterosklerozun inkişafına səbəb olur.

Lakin bunu  bütün yağlı məhsullara aid etmək olmaz. Əksinə bəzi çox yağlı məhsullar ürəyin fəaliyyətini yaxşılaşdırır, xolesterinin səviyyəsini aşağı salır və aterosklerozun riskini azaldır.ürək dərmanı

Agroexpert.az bildirir ki, bu ilk növbədə yağlı pendir növlərinə aiddir.

Dublin Universiteti kollejinin (İrlandiya) alimləri elmi araşdırmanın nəticələrinə əsaslanaraq sübut edir ki, yağlı pendir ürək üçün ən faydalı məhsullardan biridir. Bunun səbəbi pendirin pendirin xüsusi struktiri və tərkibində olan kalsium və kazein zülalıdır.

Araşdırmanın iştirakçıları 6 ay ərzində hər gün 120 qr yağlı pendir istehlak edirdi. 6 aydan sonra aparılan müayinələr göstərib ki, onlarda xolesteinin səviyyəsi xeyli aşağı düşüb. Alimlərin fikrinə görə, bu infarkt və insultdan ölüm riskini 42% azaldır.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!