Damcı suvarma üsulu ilə becərilən tərəvəzlər

Damcı suvarma üsulu ilə becərilən bitkilərin görünüşü və sağlamlığı daha yaxşı olur.

Xəyal Abdullayev AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində yeni texnologiya ilə becərmənin üstünlüklərindən danışıb.

Kənd təsərrüfatı məhsulları istehsalında müasir becərmə texnologiyalarının, o cümlədən yeni suvarma sisteminin ildən-ilə daha geniş tətbiq olunması məhsuldarlığın artmasına səbəb olur. Bərdəli fermerlər və torpaq mülkiyyətçiləri də bir neçə ildir ki, yerkökü, soğan və sarımsağı damcı suvarma üsulu ilə becərməklə yüksək məhsuldarlığa nail olurlar. Soğanverdilər kənd sakini Xəyal Abdullayev isə bu il ilk dəfə olaraq, bibər, badımcan, pomidor, qabaq və qarğıdalını damcı suvarma sisteminin tətbiqi ilə becərməyə başlayıb.

Kənd təsərrüfatında gəlir əldə etmək üçün, ilk növbədə, məhsuldarlığı yüksəltmək lazımdır. Bunun üçün isə müasir becərmə texnologiyalarından, damcı suvarma üsulundan istifadə edilməlidir. Suvarma sahəsində son texnologiya olan damcı üsulu özünü doğrultmaqdadır. Əkinçilikdə müasir üsulla becərmə daha çox vəsait tələb etsə də, yüksək məhsul almaq mümkündür. Damcı üsulu ilə suvarma zamanı həm suya, həm də işçi qüvvəsinə qənaət edilir. Su bitkilər arasında bərabər paylanır, torpaq qaysaqlamır, münbitliyi qorunur, yumşaq qalır, fermerin işi yüngülləşir. Zərərvericilərə və xəstəliklərə qarşı daha asan və effektli mübarizə aparılır. Damcı suvarma üsulu ilə becərilən bitkilərin görünüşü və sağlamlığı daha yaxşı olur.

damcı suvarma üsulu

Təsərrüfatında növbəli əkin sistemi tətbiq edən X.Abdullayev deyib: “Ötən il damcı suvarma üsulu ilə yerkökü becərib yüksək məhsuldarlığa nail olduq. Eyni sahədə bir bitkini təkrar əkib-becərdikdə məhsuldarlıq aşağı düşür. Odur ki, yerkökü yığıldıqdan sonra həmin 5 hektar sahədə bibər, badımcan, pomidor, qabaq və qarğıdalı əkdik. Rayonda bu bitkiləri ilk dəfədir ki, damcı üsulu ilə becəririk. Məhsuldarlığın yüksək olacağına inanıram”.

Damcılı suvarma üsulu haqqında məlumat əldə etmək üşün Kənd təsərrüfatımızda damcılı suvarma üsulunun inkişafı adlı məqaləmizə keçid edib baxa bilərsiniz.

 

Mənbə

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!