Danadişi ilə mübarizə

Adi danadişi (Gryllotalpa gryllotalpa L.) – yaxşı inkişaf etmiş qazıcı ayaqlara malik, qonur rəngli, iri həşəratdır. Bədəninin uzunluğu 60 mm-ə çatır.

Adi danadişi Azərbaycanın bütün rayonlarında yayılmaqla tərəvəz, bostan, bağ, çay, sitrus, texniki bitkilər (günəbaxan, pambıq və s.) və taxıl bitkilərinə zərər vurur.

danadişi

Zərərverici cavan bitkilər, xüsusilə ştillər və toxmacalar üçün daha qorxuludur. Təbii şəraitdə danadişi bitkilərə aprel ayından başlayıb, iyun ayına qədər, ştilliklərdə və parniklərdə isə fevral ayından zərər verir.

Zərərvericinin yaşlı sürfələri və yetkin fərdləri torpağın 1 metrə qədər dərinliyində qışlayır. Yazda onlar şum qatına çıxır və torpağın lap üst səthinə qədər qalxır. Burada onlar səpilmiş toxumlarla qidalanır, kökləri gövdənin yeraltı hissəsini gəmirir.

Yetkin fərdlər aprel ayından başlayıb avqust ayına qədər öz yumurtalarını torpağın 10-20 sm dərinliyinə qoyur. Hər yuvada 300-350 yumurta olur. Həmin yumurtalardan 10-15 gündən sonra sürfələr çıxmağa başlayır. Beləliklə danadişinin bütün inkişafı 12-14 ay ərzində başa çatır. ən çox rütubətli yerlərə meyllidir. 

Danadişi ilə mübarizə

Tarlalarda, botan və tərəvəz əkinlərində meyvə və meşə tingliklərində danadişini məhv etmək üçün hər hektara 60-80 kq aldadıcı dən yemi dənsəpən maşınla torpağa verilir.

Aldadıcı yem əkindən bir neçə gün qabaq tətbiq edilməlidir. Bu zaman aldadıcı yem sahə üzərinə səpilir və malalanır. Əgər tarlada bitki cücərtiləri olarsa, aldadıcı yemlər 2-3 sm dərinlikdə bitkilər və cərgəaralarına qoyulur. Cərgəaraları olan əkin sahələrində cərgəarası becərilməlidir.

2. Parnikdə danadişi ilə mübarizə aparmaq üçün yuxarıdakı qaydada aldadıcı yem hazırlamalı və hər çərçivəyə 30-50 q olmaqla torpağın 2-3 sm dərinliyinə eyni miqdarda basdırılmalı, vegetasiya dövründə parniklərdə danadişini məhv etmək üçün torpaq fosfamidlə çilənir. Bir çərçivəyə 10-12 l məhlul sərf edilir.

3. Danadişinin yuvasını, yollarını və özünü məhv etmək məqsədilə məhsul yığımından sonra dərhal erkən dondurma şumu aparılmalıdır.

4. Payızda içərisində peyin olan çalalarda danadişiləri məhv etmək olar. Çalalar 0,5 m dərinlikdə qazılır və içərisinə peyin doldurulur. Qışlamaq üçün danadişilər buraya çox həvəslə yığılırlar. 

Digər zərərverici, həşərat və bitki xəstəlikləri haqqında daha çox məlumat  üçün saytımızın bu bölümündəki məqalələrə baxa bilərsiniz.

“Dədə-baba” qaydası

Əgər dərmansız, öz gücünüzlə danadişilərin kökünü kəsmək istəyirsinizsə bu metodu da tətbiq edə bilərsiniz.

Əraziyə uyğun ölçüdə şəkər və bəhməzi su ilə qarışdırın. İçərisinə bir miqdar kəpək tökün. Bağda, bostanda bitkilərin zərər görən hissələrinə yaxın yerlərə bu qarışımdan tökün. Bu işi mütləq axşam günəş batmaq üzərə ikən və bitkilərinizi suladıqdan sonra həyata keçirin.

Mənbə.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673