Daş dövrü pəhrizi nədir? Faydaları və zərərləri

Daş dövrü təxminən 5-10 min il əvvəl yaşanan bir dövrdür. Dəyişən zamanla birlikdə qidalanma rejimi və istifadə edilən qidalar də dəyişib. Xüsusilə son 50 ildir ki, yeyilən qidalar inkişaf edən texnologiya ilə təbiilikdən uzaqlaşıb. Hidrogenlə doydurulmuş marqarinlər, GMO-lu qidalar buna ən gözəl nümunələrdir. Bundan əlavə zaman məhdudiyyəti səbəbindən ortaya çıxan fast food qidalanma, təzə meyvə-tərəvəz istehlakının azalması kimi dəyişikliklər də baş verir. Bu dəyişikliklər insanlarda diabet, ürək xəstəliyi, xərçəng, köklük, hipertoniya kimi xəstəliklərin yaranmasına yol açıb. Bu xəstəliklərdən qorunmaqda qidalanmanın əhəmiyyətinin başa düşülməsi ilə daş dövrü pəhrizi ortaya çıxıb. Agroexpert.az daş dövrü pəhrizi nədir, necə edilir, zərərləri və faydaları haqqında hazırladığı məqaləni təqdim edir.

daş dövrü pəhrizi

Daş dövrü pəhrizi nədir?

İlk dövrlərdəki kimi köhnə tərz qidalanma vərdişlərinin doğruluğunu müdafiə edən, təbii qidalanmağı özünə prinsip etmiş, karbohidrat məhdud olmaqla yanaşı qismən zülal ağırlıqlı bir pəhrizdir. Adətən qidaların əksəriyyəti çiy istifadə edilməlidir.

Daş dövrü pəhrizində qidaların siyahısı və istifadə qaydaları

  • Ət: Yağsız və çox bişməmiş olmalıdır
  • Daş dövrü pəhrizində bəzən kənd toyuğu və digər kənd quşlarına üstünlük verilməlidir
  • Ağır metal tərkibi daha az olan böyük balıqlar istifadə edilməlidir
  • Kənd yumurtası istifadə edilməlidir, gündə 1-4 ədəd yeyilməsi təklif edilir. Mümkün qədər çiy istifadə edilməlidir
  • Tərəvəz və meyvələr (qaysı, banan, üzüm kimi şəkər tərkibi yüksək olan meyvələr istisna olmaqla) istifadə edilməlidir, xüsusilə yabanı otlar: Turşəng (quzuqulağı), gicitkan otu, əməköməciyə üstünlük verilməlidir
  • Soğan, sarımsaq hər gün ən az 2 diş istifadə edilməlidir
  • Şəkər tərkibi çox olduğu üçün kartof istifadə edilməməlidir
  • Duzsuz zeytun istifadə etmək
  • Kənd südünə üstünlük verilməlidir. Süddən əlavə qatıq və pendirə də üstünlük verilməlidir
  • Daş dövrü pəhrizində noxud, mərci, lobya kimi paxlagillər həftədə 2-3 dəfə istifadə edilməlidir
  • Gündə 1-2 ovuc qoz, fındıq, badam kimi quru meyvələr yeyilməlidir
  • Yağların məhdudlaşdırılması karbonatlı qidaların istifadəsini artırdığı üçün arzuolunmazdır. Günəbaxan yağı, qarğıdalı yağı kimi yağlar mümkün qədər istifadə edilməməlidir, sızma zeytun yağı istifadə etmək tövsiyyə olunur. Təbii olduğu müddətdə ən gözəl yağ mənbəyi kimi kərə yağı istifadə edilməlidir.
  • Qızartma istifadə edilməməlidir, edildikdə isə kərə, fındıq yağı və ya zeytun yağı ilə tövsiyyə olunur
  • Xəmir işləri, bulqur, qarğıdalı, makaron kimi karbohidrat nisbəti yüksək qidalar istifadə edilməməlidir
  • Şəkərsiz bütün çaylar içilə bilər
  • Duz miqdarını azaltmaq şərti ilə turşu istifadə edilməlidir
  • Daş dövrü pəhrizində təbii bal istifadə edilməlidir, gündə 1-2 çay qaşığı
  • Aspartam kimi şirin dadlandırıcılar və dadlandırıcı qatılmış qidalar qətiyyən istifadə edilməməlidir
  • Ayran, şalğam suyu, kefir istisna olmaqla başqa içkilərə qadağa
  • Gündə 6-8 stəkan su içməlidir. İçilən su mineral su olmalıdır, yeməklə birlikdə su içmək olmaz
  • Yemək bişirərkən saxsı qablarda zəif ocaqda bişirilməlidir.
  • Daş dövrü pəhrizində dondurulmuş və konserv qidalar qətiyyən istifadə edilməməlidir
  • Bu qidalanma tərzində həmçinin gündə 3 dəfə (uşaqlarda 4-5) qidalanma təklif edilir. Axşam saat 19.00-20.00-dan sonra heç bir şey yeyilməməlidir. Tox qarına qətiyyən yatmaq olmaz. Hər yeməkdən sonra dişin təmizliyi aparılmalıdır. 

Daş dövrü pəhrizi edənlər gündə ən az 30-45 dəqiqə sürətli tempdə və ya yavaş qaçmalıdır. Yorucu hərəkətlər etməməlidir. 5 saatdan az 9 saatdan çox yatmaq olmaz, saat 22:00 dən əvvəl yatmaq lazımdır.

Daş dövrü pəhrizinin faydaları və zərərləri

Ümumiyyətlə sağlam həyatın əsasını təşkil edən bu qidalanma tərzi, detallarına gəldikdə hər pəhriz dəbində olduğu kimi bəzi səhvləri birləşdirir. Bunlardan ilki pəhrizin tərkibində xüsusilə istifadə edilməsi tövsiyyə edilən yağ növləri olan quyruq yağı və kərə yağı istifadəsinin dəstəklənməsi yanlışdır. Hazırda ürək-damar xəstəliklərinin yaranmasına səbəb olan böyük təsirə malik olan bu qidalar xüsusilə günümüzün hərəkətsiz cəmiyyəti üçün təklif edilməməlidir. Bundan başqa, pəhrizdə yağ miqdarının artırılması pəhrizin köklük, koronar ürək xəstəliyi kimi xəstəliklərin yaranmasına səbəb olur.

İkinci səhv isə təklif edilən pəhrizin xolesterin dəyərinin göz ardı edilməsidir. Gündəlik 4 ədədə yaxın yumurta istifadəsi , qırmızı ət, içalat kimi xolesterin dəyəri yüksək qidaların təklif edildiyi bu pəhrizdə xolesterin miqdarı çox yüksəkdir.

Təbii olan hər bir qida sağlam olacaq deyə bir qayda yoxdur. Hər şey qədərində istifadə edilməlidir.

Digər bir səhv isə karbohidratdan əskik bir qidalanmanın təklif edilməsidir. Bədənin yağa olduğu qədər karbohidrata da ehtiyacı var. Bədənimizdə bir çox sistemin işləməsi üçün ən lazımlı qida elementi qlükozanın alınmasıdır. Yetkin bir fərdin qidalanmasının 50-60%-nı karbohidratlar təşkil etməlidir. Ketojenik pəhrizlər kimi daş dövrü pəhrizində də karbohidrat məhduddur. Daş dövrü pəhrizinin zərərləri mövzusunda ən çox düşündürən maddələrdən biri budur.

Daş dövrü pəhrizinin faydaları isə insanı təbii bir qidalanma planına təşviq etməsi və qatqı maddəsi ehtiva edən heç bir qidanı istifadə etməməsidir. Eynı zamanda bu pəhriz duz və şəkərin məhdudlaşdırmasını təklif edir və ağ un ilə hazırlanmış qidaların yeyilməməsini tövsiyyə edir. Balıq, bitki mənşəli çaylar, yumurta kimi qidaları təklif etməsi də sağlam qidalanma prinsiplərinə uyğun prioritetlərindəndir.

Hər bir insanın qidalanma ehtiyacı fərqlidir, müəyyən bir qayda vardır, sizə uyğun gəlməyən bir sistem uğur gətirməz, əksinə sizə zərər verir. Bu səbəblə daş dövrü pəhrizində yer alan təkliflərdən yalnız ümumi mənada sağlam qidalanmaya təşviq edən təklifləri həyatınızda tətbiq edin.

Daş dövrü pəhrizi siyahısı kimi hazır siyahı əvəzinə bir dietoloqdan ən uyğun qidalanma proqramını alaraq sağlam qidalanma və sağlam arıqlama yolunda doğru bir addım ata bilərsiniz.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!