Bitkilər Tövsiyyələr

Dekorativ bitkilər şaxtadan necə qorunur?

Parkların bəzədilməsində bir sıra hallarda xaricdən gətirilən dekorativ bitkilərdən istifadə olunur. Bu bitkilərin baxımı da kifayət qədər diqqət tələb edir. Yerli olmadıqlarından, onların müvafiq iqlim şəraitinə uyğunlaşmaları da zaman alır. Bəzi hallarda, ümumiyyətlə, uyğunlaşa da bilmirlər. Bir neçə gündür ki, ölkəmizdə şaxtalı hava şəraiti davam edir. Maraqlıdır, insanları belə donduran bu soyuğa min bir əziyyətlə saxlanan bitkilər dözə bilirlərmi?

Bitkilərin şaxtadan qorunması

bitkilərin şaxtadan qorunmasıBəzək məqsədi ilə istifadə olunan bitkilərin çoxu ölkəmizə xaricdən gətirilib və kifayət qədər baha başa gəlir. Ona görə də, onların şaxtada məhv olmaması üçün qış aylarında müəyyən tədbirlər görmək vacibdir. Dekorativ bitkinin soyuğa davamlılığı isə onların növlərindən asılı olaraq dəyişir.

Dekorativ bəzək ağacları arasında elələri də vardır ki, qış aylarında, sadəcə, inkişafdan dayanır. Bu zaman onların rəngi də solur və insanlarda, sanki, ağacın quruduğu barədə təsəvvür yaradır.

Xaricdən gətirilən bitkilər həm də müəyyən bitki xəstəliklərini də özləri ilə gətirə bilər. Bu xəstəliklər digər ağaclara da tez yayıldığından mütəxəssislər onlara qarşı qabaqcadan lazımi tədbirlər görülməsini vacib hesab edir.
Qiymətlərə gəlincə isə mövsüm bu amilə elə də təsir göstərməyib. Bazarlarda satışa çıxarılan dekorativ bitkilərin qiymətləri dəyişməyib.

Şaxtadan qorunmaq üçün nə etməməli?

Muxtar respublikamızın iqlimi sərt kontinental və quraqdır. Burada şaxtalı günlər kənd təsərrüfatı bitkilərinə böyük ziyan vurur. Torpaq mülkiyyətçilərinin bitkilərin qışa hazır olmaları və şaxtadan qorunmaları üçün bəzi zəruri biliklərə malik olmaları vacibdir.

Payızda əlverişli şərait olduqda bitkidə toxumların möhkəmlənməsi nəticəsində şaxtaya davamlılıq xassəsi əmələ gəlir. Bu halda bitkilər bir fizioloji vəziyyətdən digər vəziyyətə keçir:

  • Bitkinin şaxtaya davamlığının səbəbi onun protoplazma suyunu özündə saxlamasıdır.
  • Buz kristallarının əmələ gəlməsinə mane olmasıdır.
  • Bitkinin şaxtaya davamlı olması üçün o, qışa hazırlıq üçün bərkiməlidir.
  • Belə bərkimə zamanı bitkidə karbohidratlar toplanır, onlar həll olan və asan hidrolizləşən formaya çevrilir.

Meyvə və giləmeyvə ağacları

bitkiləri şaxtadan qorunmasıMeyvə və giləmeyvə ağaclarında bu proses onların inkişaf mərhələsinin dayanması vaxtından yarpaqları tökülənədək davam edir. Bu dövrdə nişasta şəkərə çevrilir. Nəticədə şəkər çoxalır, nişasta isə azalır. Hüceyrələrdə saxarozanın və qlükozanın olması protoplazmanın aşağı temperaturdan mühafizə olmasına səbəb olur.

Bitkinin şaxtaya davamlılıq dərəcəsi onun filogenetik inkişaf tarixindən də çox asılıdır. Məsələn, bitkinin kökləri torpaqla örtülü olduğundan, onlar şaxtaya davamsızdır. Bitkinin yerüstü hissəsi isə açıqda, mühafizəsiz yerdə olduğundan, o şaxtalara davamlılıq xassəsi qazanır. Torpaq səthinə yaxın olan köklər şaxtaya nisbətən davamlıdır. Dərin qatlarda yerləşən köklər isə davamsız olur.

Alma bitkisinin növündən asılı olaraq, onun yerüstü hissəsi nisbi sükunət dövründə 32-50 dərəcəyədək şaxtaya dözdüyü halda, kökləri 12-18 dərəcə şaxtaya ancaq davam gətirir, vegetasiya vaxtı isə 3 dərəcə şaxtada donur.

♦ Bitkinin eyni bir orqanının şaxtaya davamlılıq dərəcəsi onun fenofazalarından da çox asılıdır. Məsələn, alma ağacının cavan zoğları vegetasiya vaxtı 3 dərəcə şaxtada tələf olduğu halda, bitki qışa tam hazır olduqda 30-40 dərəcə şaxtaya dözür.

♦ Eyni orqanın ayrı-ayrı hissələrinin şaxtaya münasibəti müxtəlifdir. Belə ki, çiçəyin erkəkciyi 20-22 dərəcə şaxtaya dözdüyü halda, dişicik 1-2 dərəcə şaxtada məhv olur.

♦ Şaxtalı havalarda axar suyun temperaturu havanın temperaturundan həmişə yüksək olduğundan o, ağacları şaxtadan mühafizə edir. Buna görə də meyvə bağını çay və gölməçələrin yaxınlığında salmaq tövsiyə edilir.

♦ Təcrübələrlə sübut olunub ki, azot və fosfora nisbətən kalium bitkilərdə şaxtaya daha  çox davamlıq yaradır.

Muxtar respublikamızda şaxtadan mühafizə üçün üzüm tənəklərinin üstü payızın son aylarında torpaqla örtülür. Qar qatı da bitkiləri şaxtadan mühafizə edir. Basdırılan kolların torpaqdan gec çıxarılması, yazda üzümlüklərin suvarılması, qoruyucu meşə zolağının salınması da şaxtaların təsirini azaldır.

Mənbə

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: