Uncategorized

Dekorativ inək cinsi-Dekster

Dekorativ quşlar eşitmişdik, dekorativ inək olduğundan xəbəriniz varmı? Dekster dünyadakı ən qeyri-adi inək cinslərindən biridir. Söhbət orasındadı ki, bu inəklərin ölçüləri bir qoyun qədərdir.

dekster

Dekster cinsi İrlandiyada seleksiya edilib və 19-cu əsrdə İniltərəyə gətirilib.

Dekster inəyi-xarici görünüş

Boyları cəmi 1 metrə çatır. Çəkiləri ortalama 350 kq olur. Rəngi çox vaxt qara, ya da tünd-qəhvəyi. Dəridə ağ ləkələr olmur. Boyuna görə ayaqları qısa, bədəni isə iri görünür.

Əksər deksterlərdə buynuz olmur. Bəzilərində olur, o da çox kiçik ölçüdə.

Özəllikləri

Dekster südlük-ətlik cins sayılır. Amma bu heyvanlardan yüksək verim gözləmək düz deyil. Adətən dekorativ məqsədlərlə istifadə olunur. Gec xəstələnirlər, xüsusi qulluq tələb etmirlər. İstənilən şəraitdə yaşamağa dözümlüdürlər.

Çəkiləri 350 kq olur. Süd verimi isə günlük 4-12 litr. Südünün yağlılığı çox yüksək olur. Çox gözəl kərə yağı əldə edilir. Südündən isə gözəl dondurma hazırlanır.

Laktasiya dövrü 305 gündür. Südünün yağlılığı 4%, zülal tərkibi isə 3,51%-dir.

Bu heyvanların gözəl xüsusi†yyəti var, insanları sevirlər və sözə baxandırlar. Amma bəzən balasını müdafiə eləmək üçün aqressivlik göstərə bilirlər. Analıq instinktləri yaxşı inkişaf edib, balalarını ğzləri rahatlıqla böyüdür.

Digər inək cinsləri haqqında bu məqaləni oxuya bilərsiniz.

Mənbə.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

Əvvəlki həyatımda developer idim. :)
error: Content is protected !!