Dekorativ və dadlı meyvəli feyxoa ağacları

Bəzək-bağçılıqda az bitkilər vardır ki, onlar dekorativ görkəmi ilə yanaşı insanların qidalanmasında geniş əhəmiyyət kəsb edən dadlı meyvələr də verirlər.

Gözəl görkəmi, il boyu həmişəyaşıl yarpaqlarla örtülü olması, eyni zamanda qiymətli dad keyfiyyətinə malik meyvələri feyxoanın həm bəzək bağçılıqda, həm də meyvə bitkisi kimi son 50-60 ildə Azərbaycanda geniş yayılmasına səbəb olmuşdur.

agroexpert.az feyxoa agaci dekorativ feyxoa

Becərilməsində və qulluq işlərində feyxoanın spesifik xüsusiyyətlərini nəzərə alıb bitki haqqında ətraflı məlumat verməyi lazım bildik. Feyxoa üç növu birləşdirir: Feijoa sellowiana, F. obovata və F. shenkiana. Bunlardan mədəni halda becərilən yalnız F.sellowiana Berg. növüdür.

Vətəni Cənubi Amerika hesab olunur

Bu bitki buradan Avropaya daha sonralar (1900-cü ildən) isə İtaliyaya və digər avropa ölkələrinə 1990-cü ildən isə Azərbaycana yayılmağa başlamışdır. Feyxoa Azərbaycanda geniş ərazilərdə yalnız cənub zonada (Lənkəran-Astarada) becərilir. Bununla belə qış şaxtaları –15°C-dən aşağı olmayan bütün zonalarda, örtülü şəraitdə isə respublikanın hər yerində becərilə bilər.

agroexpert.az feyxoa agaci dekorativ feyxoa

F.sellowiana Berg. növü həmişəyaşıl kol bitkisi olub, 4 m-ə qədər böyüyən və geniş, dikduran çətirə malik olan bitkidir. Yarpaqlar zoğ üzərində qarşı-qarşıya düzülməklə gümüşü-boz rənglidir. Çiçəkləri iri, çəhrayı rəngli, tək-tək, bəzən 3-4 ədədi bir yerdə olur. Əsasən may ayının ikinci yarısindan çiçəkləməyə başlayır. Çiçəklədiyi dövrdə bitki çox dekorativ görkəm alır. Çiçəkləmə bir aya qədər davam edir. Meyvələri 20-120 q ağırlığında uzunsov və ya yumru giləmeyvədir (şəkil 24). Əsasən meyvə əldə etmək məqsədilə becərilir. Meyvələri özünəməxsus ətri və dadı ilə seçilir. Meyvələrin tərkibində insan orqanizmi üçün çox faydalı olan şəkərlər, turşular, dabbaq maddələri, yod və vitaminlər vardır. Meyvələri həm təzə halda, həm də mürəbbə, kampot, cem hazırlamaqla istifadə olunur.

Orqanizm üçün ən xeyirlisi təzə halda yemək və meyvələrin şirəçəkən maşından keçirilib şəkər tozu ilə qarışığından istifadə etməkdir.

Feyxoa meyvəsinin şəkər tozu ilə qarışığı aşağıdakı qaydada hazırlanır: meyvələr təmiz yuylub, hər iki tərəfi kəsilərək atılır. Qalan ətli şirəli hissə qabıqla birlikdə şirəçəkən maşınından keçirilərək (əzilərək) 1:1 nisbətində şəkər tozu ilə qarışdırılıb iri, ağzı geniş qablara tökülür və 3 gün müddətində tez-tez yaxşıca qarışdırılır. Şəkər tozu meyvə şirəsi ilə tam qarışdıqdan sonra istifadə üçün hazır olan kütlə şüşə qablara yığılır və qaranlıq sərin yerdə saxlanılır. Bu qayda ilə hazırlanmış feyxoa cemi 3-4 il öz keyfiyyətini saxlayır. Qan təzyiqi yuxarı olan insanlar üçün bütün il boyu istifadə etmək ən yaxşı vasitə hesab olunur.

Ardı var….

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика