Dənli və yem bitkilərinin iqlim şəraitində becərilməsi

Ərzaq təhlükəsizliyinin təminatında strateji əhəmiyyəti olan taxılçılıq kənd təsərrüfatı sektorunun aparıcı sahələrindən biridir. Belə ki, bitkiçilik sahəsinə aid olan taxılçılıq təsərrüfatı bütün kənd təsərrüfatının əsasını təşkil edir. Əhalinin çörək və çörək məmulatlarına olan təlabatını ödəməklə yanaşıdır. Həm də heyvandarlığın qüvvəli və qaba yemə olan təlabatının ödənilməsində mühüm rol oynayır. Ona görə də taxılçılıq təsərrüfatının inkişafına diqqətin artırılması mühüm məsələ kimi qarşıya qoyulmuşdur.

Dənli və yem bitkiləri

denli ve yem bitkiləri

Başqa bitkilərin əkin sahəsi hesabına taxıl əkini sahələrinin həddən artıq genişləndirilməsi fermer təsərrüfatlarında monokulturaya gətirib çıxarır. Bu da tarlada bitkilərin rotasiya qaydası ilə yerləşdirilməsinin pozulmasına səbəb olur.

Bunun qarşısını almaq məqsədilə vahid əkin sahəsindən yüksək məhsul götürülməsi və taxılçılıqda elmi-texniki tərəqqidən geniş istifadə olunması ön plana çəkilməlidir.

Hesablamalar göstərir ki, yalnız məhsuldarlığın yüksəldilməsi hesabına illik taxıl istehsalını 2.8-3.0 milyon tona çatdırmaq üçün real imkanlar vardır. Bunun üçün əkin sahəsini 700-800 min hektar ətrafında saxlamaqla məhsuldarlığı hektardan 4.0-4.5 tona çatdırmaq kifayətdir.

yem bitkiləriTaxıl istehsalının artırılmasının əsas yolları fermerlərin təlabatına uyğun qısa rotasiyalı əkin dövriyyələrinin, torpaq becərmələrinin və gübrə verilməsinin səmərəli üsullarının, optimal səpin müddətidir. Normalarının, yeni intensiv sortların təsərrüfatlara tətbiqindən, keyfiyyətli toxum materialından istifadə edilməsindən və əkinlərin xəstəlik, ziyanverici və alaqlardan mühafizə olunmasından ibarətdir.

Göstərilən becərmə kompleksinə daxil olan əhəmiyyətli tədbirlərdən biri taxıl səpininin vaxtında və keyfiyyətlə aparılmasıdır. Keyfiyyətli səpinaparmaqla sağlam və kütləvi cücərtilərin alınması məhsulun yarısı deməkdir.
Respublikamızda taxıllar əsasən 2 torpaq-iqlim şəraitində suvarma və dəmyədə becərilir.

Mənbə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика