Dəqiq torpaqşünaslıq sayəsində nə əldə edirik?

İlk olaraq torpaqşünaslıq nədir? Torpaqşünaslıq qədim və geniş əhatəyə malik olan olan torpaq haqqında elm sahəsidir. Yəni,

  • torpaqların  əmələ gəlməsi (genezisi), quruluşu, tərkibi və xassələri;
  • onların coğrafi yayılmasının qanunauyğunluqları;
  • torpağın əsas xassəsi olan münbitliyinin formalaşması və inkişafını müəyyən edən ətraf mühitlə qarşılıqlı əlaqəsi;
  • torpaqdan kənd təsərrüfatında və iqtisadiyyatın digər sahələrində səmərəli istifadənin yolları və torpaq örtüyünün kənd təsərrüfatında istifadəsi şəraitində dəyişkənliyi haqqında elmdir.
Agroexpert_Az deqiq topraqsunasliq torpaq
Dəqiq torpaqşünalıq (DT) nədir?

Bu haqda müxtəlif dillərdə çoxlu məlumat tapa bilərik . Yəqin ki, maraqlananlar artıq bu haqda az-çox oxuyub. Biz bu məqalədə onun nə olduğu haqqında qısa məlumat verdikdən sonra, sizin üçün önəmli olana- işin praktik tərəflərinə baxacağıq.

Ənənəvi Torpaqşünaslıq elmi artıq özündə dəqiq çəkiliş və ölçmələr üçün istifadə olunan GPS, relyefi müəyyənləşdirən GİS, məhsuldalığı ölçən YMT (Yield Monitor Technologies) və s.  texnoloji yeniliklərli birləşdirməyə başlayıb. Bununla da müasir hal alıb. Artıq sahə bütöv şəkildə deyil sektorlara bölünmüş şəkildə izlənilir. Hər sektor üçün ayrı-ayrılıqda analizlər aparılır.

Məsələn,  10 hektar ərazidə kanala çox yaxın çökək yer var və ondan 100 m aralıda kiçik hündürlük var. Əgər ənənəvi praktikada belə xırdalıqlar nəzərə alınmırdısa, Dəqiq Torpaqşünaslıq üçün hər 2 ərazi amili xüsusi diqqət mərkəzində olur.  Çünki hər biri  agronom üçün fərqli ərazilər deməkdir. Əgər 1-ci ərazidə  torpaqda nəmlik kifayət qədərdirsə, 2-ci ərazidə  yetərli nəmlik yoxdur. Hər bir ərazinin daxilində və xaricində baş verən proseslər, yaranan problemlər dəqiq torpaqşünalıqda ayrı-ayrılıqda araşdırılır, həlli yolu tapılır.

Bucür yanaşma özü ilə 2 başqa texnologiyanı gətirir: Dəyişkən toxum səpini edən VRT və sektora görə dəyişkən gübrə/dərman səpini edən VRA.

VRT Variable Rate Technology – Dəyişəbilən səpin texnologiyası. Toxum və ya gübrə səpinləri aparmaq üçün texnolgiyadır. VRA – Variable Rate Application Dəyişəbilən Səpinlərin hesablanması alqoritmidir.

 Göründüyü kimi DT artıq total toxumsəpmə, melorasiya və ya eyni gübrəni eyni dozada bütün sahəyə səpməyi qəbul etmir. Hər prosesi  bağlı olduğu koordinanata görə dəyişir. Üstünlük nədir?

Aqronomiyada
  1. Aşağı maya dəyəri. Daha az toxum səpgisi, daha az su sərfiyyatı. Gübrə və minerallardan daha az-lazımi qədər sərf olunur.  Texnologiya lazımi məlumatları verdiyi üçün pestisid və herbisid ancaq zərərvericilərin olduğu ərazilərə – ocaqlarına verilir.  Təbii ki, bu səbəbdən onlardan da daha az istifadə edilir.
  2. Sektorlara bağlı torpaq analizinin nəticəsində, siz torpağa ancaq lazım olan gübrə və mineralları verirsiniz.  Bu isə öz növbəsində eyni sahədən eyni məhsulu dəfələrlə və fasiləsiz almağa imkan verir. Nəticədə, hər şeydən lazımi qədər istifadə etməklə ənənəvi elmin tam əksinə, məhsuldarlıq hər il artır.
Tenikada əldə olunan üstünlük.
  1. Texnikanın düzgün planlaşdırılması və sahədə işləmə vaxtının minimuma endirilməsi baş tutur. Misal üçün qeyd etsək: 10 Ha sahədən cəmi 1 torpaq analizi alınmalıydı və onun əsasında bütün sahə gübrələnməli idi. Halbuki, sektorlara bölünmə zamanı müəyyən olundu ki, gübrə cəmi 2 Ha sahəyə verilməlidir . Bu məlumatı əldə etmək  üçün  dronun 30 dəqiqəlik işi kifayət edir.
  2. Dronlar və “Ağıllı” melorasiya qurğuları vasitəsi ilə suvarmanın və gübrələmənin aparılması həm də texnikadan istifadənin azaldılması deməkdir.
Ekoloji aspekt

Pestisid, herbisid, gübrə və s. istifadənin azalması və ancaq “torpağa lazım olanların” verilməsi, maya dəyərinin aşağı düşməsindən əlavə torpağın və havanın çirklənməsinin də qarşısını alır.

Göründüyü kimi, dəqiq torpaqşünaslığın geniş və düzgün tətbiqi ümumiyyətlə aqrosektorun iqtisadi effektivliyini artırır. Müəssisə intensiv aqronomiyaya keçid ala bilir, yəni kiçik sahədə maksimum məhsuldarlıq əldə edilir. Digər tərəfdən son zamanlar gen mühəndislərinin hər tərəfdən bizə diqtə etdiyi, “gələcək GMO-suz mümkün deyil” təbliğinə ən yaxşı cavabdır.

Ardı olacaq…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!