keçibuynuzu qəhvəsi
Məqalələr Sağlam qidalanma

Dərdimizə dərman keçibuynuzu qəhvəsi

Son illərdə keçibuynuzu qəhvəsi gedərək populyar hala gəlir.Səbəbi isə xüsusilə hazır qəhvələrdə yüksək nisbətdə olan yağ, kofein, şəkər kimi maddələr, sağlamlıq problemləri olanlar və pəhriz edənlər üçün tövsiyyə edilmir. Buna alternativ olaraq  keçibuynuzu qəhvəsi  mükəmməl  bir məhsuldur. Tərkibində olan yüksək kalsium və kalium nisbəti səbəbiylə keçibuynuzu qəhvəsi çox danışılacaq möcüzəvi bir qidadır. Keçibuynuzunun tərkibində süddə olan kalsiumdan daha çox kalsium var. Bu səbəblə keçibuynuzu qəhvəsi südə alternativdir.

keçibuynuzu qəhvəsi
Keçibuynuzu qəhvəsinin faydaları

Keçibuynuzu qəhvəsi böyrək ağrılarına yaxşıtəsir edir. İshala qarşı çox faydalıdır. Babasil qanaxmasını kəsir, xronikiyorğunluğa yaxşı təsir edir və revmatizma ağrılarına faydalıdır. Qan yaradır,cinsi gücü artırır. Astmaya, allergiyaya, soyuqdəyməyə çox faydalıdır. Pektin məzmununagörə orqanizmə daxil olan ağır metal,  dərman artıqları və radiasiyanın zərərli təsirlərini yox edir, zərərli maddələri xaricəatır. Tərkibindəki sink prostat problemlərinə yaxşı təsir edir və sidik qovucu xüsusiyyəti vardır. Xüsusən uşaqlar üçün tərkibindəki zəngin kalsium sümüklərə çox faydalıdır. Yaşlılarda isə sümük çatışmamazlığının qarşısının alınmasındamütləq istifadə etmək lazımdır.

 Keçibuynuzu qəhvəsi necə əldə edilir?

 Keçibuynuzu qəhvəsi keçibuynuzu meyvəsi üyüdülüb un halına gələrək, eyni zamanda şokolad istehsalında da istifadə edilən keçibuynuzu tumunun qarışdırılması ilə istehsal olunur. Ancaq bəzi insanlar sadəcə keçibuynuzu unundan da qəhvə etməyi üstün tuturlar.

Keçibuynuzu qəhvəsinin hazırlanma qaydası

Bir stəkanı qaynar su və ya südün içərisinə 2 çay qaşığı keçibuynuzu qəhvəsi (qəhvə və ya unu) əlavə olunaraq içə  bilərsiniz.

Bundan başqa, kakaonun əvəzinə peçenye,tort, şokolad, nuqa, karamel və s. hazırlanmasında, dondurma istehsalındadadlandırıcı , rəngləndirici, tündləşdirici və ətir arttırıcı olaraq keçi buynuzu qəhvəsi və ya tozunu istifadə etmək olar.

Keçibuynuzu bəhməzinin faydaları haqqındabu məqaləmizdən oxuya bilərsiniz.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

Əvvəlki həyatımda developer idim. :)
error: Content is protected !!