Dərman əvəzləyicisi-duzlu su

Duzlu su içmək vücud üçün olduqca faydalıdır. Doğru zamanda istifadə olunan, içilən duzlu su dərman əvəzləyicisi ola bilər.

Xüsusilə qışda meydana gələn boğaz quruluğunun müalicəsində, limonlu çay, bitki çayları kimi üsullar istifadə edilir. Ancaq duzlu su ilə qarqaranın təsirini hər kəs bilmir.

Duzlu su ilə qarqara boğazda qan axınını nizamlayır, bakteriya və viruslarla mübarizə aparır və sağalma prosesini sürətləndirir.

Bunun üçün, 1 stəkan ilıq suda 1 çay qaşığı (uşaqlar üçün yarım çay qaşığı) duz həll edin və gün ərzində bir neçə dəfə bu məhlulla qarqara edin. Nəzərə almaq lazımdır ki, angina zamanı bu vasitə yalnız köməkçi vasitə kimi istifadə oluna bilər. Angina mütləq antibiotiklərin köməyi ilə müalicə olunmalıdır!

Eyni zamanda:

  • Zökəm zamanı duzlu su ilə burnunuzu yuyun.
  • Diş və damaqların iltihabları zamanı da duzlu su (1/2-1 ç.q. duz + 1 stəkan su) çox yaxşı kömək edir. Ağız boşluğunu duzlu su ilə tez-tez qarqara edin, bu iltihabın azalmasına kömək edir. Diş çəkiləndən sonra ağız boşluğunu duzlu su ilə qarqara edin. Bu yaranın daha tez sağalmasına kömək edir, iltihabın qarşısını alır.
  • duzlu su haqqında. duzlu suyun faydaları olduqca çoxdurDuzlu su göbələkəleyhinə təsirə malikdir. Bu səbəbdən duzla ayaq vannaları göbələk zamanı yaxşı kömək edə bilər. 1 l su üçün 2 xörək qaşığı duz götürülür. Duz suda həll olunur və ayaq vannaları üçün istifadə olunur.
  • Həmçinin bu sadə vasitə pis ayaq qorusunu yox etməyə kömək edir.
  • Duzlu su ilə vannalar (1 l su + 2 x.q. duz) ayaqlarda şişkinliyi azaldır, ayaq yorğunluğu aradan qaldırır.
  • Baş ağrıları zamanı 1 stəkan ilıq suda 1 çay qaşığı duz həll edin, məhlulda tənzif isladın və alnınıza qoyub bir qədər uzanın.
Duzlu su dəriyə olduqca çox faydalıdır.

Bu səbəbdən üzünüzü mütəmadi olaraq adi «kran» suyu ilə deyil, xüsusi hazırlanmış duzlu su ilə də yuyun. Çünki duzlu su

  • üz dərisində sızanaqlar zamanı çox yaxşı kömək edir;
  • dərini çox yaxşı təmizləyir;
  • təravətləndirir;
  • cavanlaşdırır;
  • nəmliyini saxlayır;
  • dərinin rəngini yaxşlaşdırır.

Bunun üçün 1/2 l qaynanmış suda 1 ç.q. dəniz duzu həll edin, soyudun. Dəniz duzunun tərkibində dərinin sağlamlığı və cavanlığı üçün bir çox faydalı maddələr var. Lakin dəniz duzu olmadıqda adi xörək duzundan da istifadə etmək olar. 1 həftədən sonra çox yaxşı nəticə alacaqsınız.

Duzlu su içmək nə kimi təsirlərə səbəb olur?

Mütəxəssislər, yeddi gün ərzində ac qarnına içilən isti duzlu suyun, vücudda hər hüceyrəni yenilədiyini bildiriblər. Həmçinin sümükləri gücləndirir, qan şəkəri səviyyələrini normallaşdırır, maddələr mübadiləsini sürətləndirir.

Qeyd edək ki, duzlu su böyrək xəstəliyi olanlar üçün uyğun deyil.

Hazırlanma qaydası: 1 stəkan isti suya, 1 çay qaşığı duzu tökün. Stəkan təxminən 500 ml alacaq qədər böyük olmalıdır. Su nə çox isti, nə də soyuq olmalıdır. Səhərlər ac qarnına hazırladığınız bu suyu içə bilərsiniz. 7 gün tətbiq edəcəyiniz bu üsulu bir həftə ara verərək təkrarlaya bilərsiniz.

İçilən duzlu suyun digər faydaları nələrdir?
  1. Vücudun normal maye səviyyəsini qouruyaraq tənzimləyir.
  2. Yuxusuzluğu aradan qaldırır.
  3. Duz bağırsaqlar üçün təbii antibiotikdir. Bir stəkan duzlu su həzm sistemini gücləndirir.
  4. Sinir siteminə yararlıdır.
  5. Vücudun normal maye səviyyəsini qouruyaraq tənzimləyir.
  6. Diqqət: Boğaz quruluğu allergiyalara, siqaretə, kifayət qədər su içməmək, tənəffüs yolu infeksiyalarına bağlı olaraq inkişaf edir. Bir həftədən artıq davam edən hallarda həkim nəzarətinin şərtdir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!