Deyilənə görə…
Bəzən bir şeyləri eşidirik, amma inanmırıq. Çünki onlar ya çox maraqlı, ya inanılması mümkünsüz, ya da gülüş doğurucu hadisələr olur. Onların bəzilərini sizinlə paylaşaq dedik. Deyilənə görə…
- Bir çoxu suşinin çiy balıq mənasını verdiyini düşünsə də, əslində suşi “acı bir dad verən” deməkdir.
- Şokolad və avakado tutuquşular üçün zəhərli və öldürücüdür.
- 1 Stəkan kola içdikdə günlük almalı olduğumuz şəkərin 60 qatını əldə edirik.
- Ananas bakteriya və parazitlərlə mübarizədə faydalırdır.
- Günəş şüaları dəymədikcə bal əsla xarab olmaz.
- 1 kq bal əldə etmək üçün bir arı təxminən 1 mln çiçəkdən şirə toplayır.
- 1 fincan qəhvənin üyüdülməsi üçün təxminən 140 l su istifadə olunur.
- Bu günə qədər müəyyən edilən bir toyuğun ən uzun uçuş müddəti 13 saniyədir.
- Acılı bir şey yedikdən sonra bir qaşıq şəkər tozu yemək yaranan istiliyi və acını azaldar.
- Bir dəvəquşu yumurtası ən azı iki saata bişir.
- Qurbağanın 2600 növü var.
- Kəpənəklər ayaqları ilə dad alırlar.
- Qamburger sözü Almaniyanın Hamburg şəhərindən irəli gəlir. Bu qidanı Amerikaya Almaniyadan gələn miqrantlar aparıb.
- Səhər oyandıqda bir dənə alma yemək bir fincan çay içməkdən daha tez yuxunuzu qaçırdar.
- Almanın qabığında lətinə nisbətən daha faydalı maddələr var.
- Cipsi markalarının 90%nin son hərfi S-dir. Qida məhsullarının adlarındakı S-hərfi insanda aclıq hissini yaradar.
- İranda xiyar meyvə hesab olunur və süfrəyə şirniyyatla verilir.
- Qəhvə sevənlərin intihara daha az meyilli olduğu söylənilir.
- Albalı giləsində şəkər nisbəti aşağı olduğu üçün daha az kalorilidir.
- Dünyadakı heyvanların 80%-i altı ayaqlıdır.
- Əgər bir gün timsah hücumuna məruz qalsanız ziqzaq edərək qaçın ki, xilas ola biləsiniz.
- Dovşan bir şeydən çox qorxarsa ölə bilər.
- Bir ördəyin vak-vak səsləri əsla əks-səda etməz. Səbəbi isə illərdir məlum deyil.
Balıqlar haqqında maraqlı məlumatlar …