Dietik qırmızı kələm salatı

Azərbaycanın bütün bölgələrində yetişdirilən kələm çox faydalı bitkidir. Həm yaşılı, həm də qırmızısı bir çox xəstəliklərə dərman olan vitamin və maddələrlə zəngindir.

Natrium və kaliumla zəngin olan qırmızı kələm kalsium, dəmir, maqnezium, manqan, fosfor və sink tərkiblidir. Hər kəs qırmızı rəngli tərəvəzin bədənə faydalı olduğunu bilir. Qırmızı kələm immunitet sistemini gücləndirir, bağırsaq sistemini tənzimləyir, maddələr mübadiləsini sürətləndirir və vücudunuzu hər mənfi haldan qoruyur. Lakin tərəvəz alarkən ən çox hormonsuz olduğuna diqqət yetirilməlidir. Kələmdə bol C vitamini və eyni zamanda bol kükürd var.

Əvvəlki yazılarımızda qırmızı kələmin faydalarından çox geniş məlumat vermişdik.

Bu kələm həm də dietik qidadır. Bu yazımızda sizlərlə sağlamlığa faydalı və dietik bir salat hazırlayacağıq.

qırmızı kələm salatı agroexpert.az
Qırmızı kələm salatı üçün lazım olan məhsullar
  • 1 kiçik qırmızı kələmin yarısı
  • 1 xörək qaşığı zeytun yağı
  • 1 stəkan qatıq
  • 2 ədəd sarımsaq
  • 1 çimdik duz
  • 1 xörək qaşığı bulqur
Hazırlanma qaydası

Qırmızı kələm nazik formada dilimlənir və bol su ilə yuyulur.

Kələm və yağ tavaya qoyulur və aşağı tempraturda yumşalana qədər bişirilir. 5 dəqiqədən sonra bulqur və az miqdarda su əlavə olunur. Bulqur su çəkilənə qədər qapağı bağlı bir qazanda bişirilir.

Sarımsaq və qatıq ayrı bir qabda qarışdırılır və sous hazırlanır.

Bişmiş kələm bir tavaya qoyulur və soyumaq üçün gözlənilir.

Qatıq üzərinə tökülərək yeyilir.

Nuş olsun!

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669