Diqqət! Yeməkdən sonra meyvə yeməyin (ZƏRƏRLƏRİ)

Meyvələr, orqanizmə ən çox fayda verən, ancaq həzm üçün ən az enerji tələb edən qida növüdür. Ancaq bir çox insan yeməkdən dərhal sonra yeyilən meyvənin zərərləri haqqında məlumatsızdır. Agroexpert.az yeməkdən sonra meyvə yeməyin zərərləri haqqında məlumatı təqdim edir.

meyvə

Yeməkdən əvvəl, yemək zamanı və yeməkdən sonrakı 2 saat ərzində yeyilən meyvələr tərkibindəki şəkərə görə mədədə bir müddət gözlədikdən sonra qıcqırmağa başlayır. Bu fermantasiya(qıcqırma) zamanı isə spirt əmələ gəlir. Nəticədə şişkinlik və köp əmələ gəlir. Həmçinin qidaların quruluşu da pozulduğundan bu qidalarda faydalanmaq mümkün deyil. Həddindən artıq yemək yemək kimi bu cür davranışlar mədənin genişlənməsinə də səbəb olur.

Həmçinin axşam yatmazdan əvvəl yeyilən meyvə də, gec saatlarda və yuxu zamanı həzmin yavaş olmasına görə tövsiyə edilmir. Həzm orqanında gözləyən meyvə eyni şəkildə qıcqırmış olur. Eləcə də, meyvələrdən alınan fruktoza yağa çevrilərək çəki problemlərinə səbəb olur.

Ekspertlər, digər yeməklərlə yanaşı meyvə yeyilməməsini, boş mədəylə meyvə yemək vərdişini təklif edir. Çünki boş mədəylə meyvə yemək mədəniz və həzm sisteminizin, həzm prosesini tarazlaşdırmaq üçün ayrıca mexanizm istifadə etməsinin qarşısını alacaq.

Meyvə yemək üçün ən uyğun vaxt:

 -Səhərlər səhər yeməyindən 25-30 dəqiqə əvvəl,

 -Günorta yeməyindən 3-4 saat sonra,

-Axşam yeməyindən 3-4 saat sonra və görəcəyiniz fiziki məşqlərdən sonra meyvə yemək çox yaxşıdır.

Bu cədvələ uyğun yaşasaq nəinki yaxşı əhval-ruhiyədə olacayıq, həm də qocalmanı gecikdirəcəyik.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107