DİQQƏT!Bu salon çiçəyi insanı öldürür

Evləri, ofisləri bəzəyən xalq arasında “ağlayan çiçək” kimi də tanınan “Difenbahya” çiçəyi uşaqlarda zəhərlənməyə, hətta ölümə də səbəb olur. Aparılan araşdırmaya görə, difenbahyanın əllə ovulması və qoxlanması belə uşaqlara zərər verir. Agroexpert.az təhlükə mənbəyi olan çiçək haqqında məlumatı təqdim edir.

ağlayan çiçək
Difenbahya çiçəyi necə bir bitkidir?

İri yarpaqları və yoğun gövdəsi ilə əvəzolunmaz bir salon çiçəyi olan Difenbahyanın qulluğu son dərəcə asan və tez böyüyən bir bitkidir. Olduğu mühitə uyğunlaşan Difenbahya çiçəyi hər yerdə asanlıqla böyüyə bilər. Sürətli böyüyür, qısa zamanda çox yarpaq çıxarır. Yarpaqlarının gözəlliyi üçün böyüdülən bu çiçək Araceae ailəsinindəndir. Təxminən 200 növü olduğunu nəzərə alsaq da elmi olaraq tanınan 56 növü var.

Evdə difenbahya yetişdirmək istəyirsinizsə bitkinin olduğu mühitin davamlı təmiz və küləkli olmasına diqqət edin. Küləkli mühiti çox sevən difenbahya günəş olmasa da olduğu mühitin işıqlı olmasını istəyir.

Difenbahyaya bağlı zəhərlənmələrdə nələr baş verir?

Difenbahyanın yarpaqların əllə ovulması, qoparılması və çeynənməsi nəticəsində əl, dil və dodaqlarda şişmə, yanma, ağrı əmələ gələcəyi kimi nəfəs yolu tıxanması, tənəffüs çatışmazlığı ilə nəticələnə bilər. Bu səbəblərə görə, valideynlərə uşaqların yaşadığı ərazidə çox olan Difenbahyaya məsafəli yaxınlaşmasına dair xəbərdalıq edilir.

Elmi araşdırmalara görə , zəhərlənmələrə səbəb bitki hüceyrəsindəki kalsium oksalat kristallarıdır. Kiçik uşaqlar və ev heyvanları nəzarətdən kənarda qaldıqda, əzilən yarpaq və ya saplarından fışqıran minlərlə kristal ox xüsusilə gözlərdə yaralanmalara səbəb olur.

difenbahya

Difenbahya, “Ağlayan Çiçək” olaraq da bilinir. Yarpaqlarından bəzən tər damcıları kimi su çıxardığı üçün çiçəyə bu ad verilmişdir. Bir sıra mənbələr Difenbahya çiçəyinin ağlamasının səbəbini bu çiçəyin sahibi öldükdən sonra bu təsiri göstərdiyini deyir. Doğruluğunun əlbəttə elmi sübutu yoxdur, ancaq xalq arasında olduqca geniş yayılmış bir hekayəsidir.

Evinizin və ya ofisinizin dekorasiyasında bitkilərdən faydalanmaq istəyirsinizsə bu məqaləmizlə tanış ola bilərsiniz.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!