Dolmalıq üzüm yarpaqlarının qışlıq tədarükü – 1-ci üsul

Mətbəxlərdə qış hazırlığı deyincə ilk ağla gələn cem, mürəbbə və üzüm yarpağının tədarüküdür. Azərbaycan milli mətbəxinin ən gözəl təamlarından olan dolma müxtəlif bitki yarpaqları ilə bişirilir. Ancaq keçmişdən bəri üzüm yarpağı ilə bişirilən dolmanın dadı həqiqətən dünyanın hər yerində bəyənilir. Yay aylarında təzə üzüm yarpaqları dolma üçün rahatlıqla tapılaraq istifadə olunur. Yaz aylarında üzüm bağlarından toplanan təzə üzüm yarpaqlarını uzun müddət korlanmadan istehlak etmək üçün müxtəlif üsullardan istifadə olunur.

Yalnız yaz-yay aylarında tapılan tənək yarpaqları qış üçün necə saxlanılır?

Bu günki yazımızda Sizlərə tənək yarpaqlarının qışlıq tədarükünün necə aparılması haqqında məlumat verəcəyik.

yarpaq - üzüm yarpağının qışlıq tədarükü agroexpert.az

Hər üzümün yarpağı ilə dolma bişirilmir. Dolmanın ləzzətli və yumşaq olması üçün incə, açıq rəngli, arxa üzü tüksüz və nazik damarlı olan az dilimli yarpaqlar istifadə edilməlidir.

Yarpaqların bankada şoraba şəklində saxlanması xaricindəki bütün üsullarda istifadə ediləcək qab 1 dəfə bişirimlik tutacaq böyüklükdə olmalıdır. Bankanın qapağını açdıqdan sonra yarpaqların hamısı işlənməzsə qısa müddətdə xarab olar. Həm də bankanın qapaqlarının yeni və möhkəm olması çox vacibdir. Qapağı köhnə olan bankalarda saxlanan yarpaqların hava alaraq xarab olma təhlükəsi vardır. İstifadə ediləcək duz, turşu üçün istifadə edilən qaya duzu və ya turşuluq dəniz duzu olmalıdır.

Qışlıq yarpaq saxlama üsullarından duzlu suda yarpağın şoraba kimi hazırlanması ən geniş yayılmış üsuldur.
  • Şoraba üsulu

Ən klassik və uzunmüddətli saxlama üsuludur. Bu üsulda üzüm yarpaqları duzlanır, balona və ya bankalara yığılır. İstifadə ediləcək yarpaqların saplaqları uzun olmalıdır.Yarpaqlar qısa müddət qaynar duzlu suda saxlanır. 8-10 dənə yarpaq götürülərək kiçik dəstələr yığılır. Yarpaqların parlaq səthi yuxarıda qalacaq şəkildə hər dəstənin sap qisminə 1 çay qaşığı qaya duzu tökülər və rulon şəklində bükülür.

Yarpaqlar bükülərkən parlaq hissəsi içəridə qalır. Hazırlanmış rulonlar aralarında boşluq saxlanılmadan bir şüşə qaba yığılır. Banka tamamilə doldurulduqdan sonra yenidən əllə basılır. Hər 1 litr suya 200 qram qaya duzu istifadə edilərək hazırlanan duzlu su soyuduqdan sonra havası çıxması üçün bir neçə dəfə yavaş-yavaş əlavə olunur və suyun dibə qədər enməsinə diqqət edilir. Banka ağzına qədər su ilə doldurulduqdan sonra yarpaqların suyun üzərinə çıxmaması üçün ağırlıq olaraq təmiz bir daş və ya elastik plastik bir parça yerləşdirilir. Banka qapağı möhkəm bağlanır və sərin yerdə saxlanılır.

Bəzən su yoxlanılır, azaldıqda duz əlavə edilir. Bu üsulda nəzərə alınmalı olan ən vacib məqam yarpağın hava ilə təmasa girməməsidir.

Duzlu su ilə hazırlanan yarpaqları istifadə etməzdən əvvəl, duzun getməsi üçün isti suda 3-4 saat saxlamaq və bu suyu bir neçə dəfə dəyişdirmək lazımdır.

Ardı var…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!