Dolmalıq üzüm yarpaqlarının qışlıq tədarükü – 2-ci üsul

Milli mətbəximizin ən sevilən yeməklərindən olan yarpaq dolması Türkiyə, İran, Yunanıstan, Livan və bir sıra başqa ölkələrin mətbəxlərində də bişirilir. Bizim dolmamızdan fərqi bu ölkələrdə bişirilən yarpaq dolması adətən uzunsov şəkildə bükülür. Azərbaycan dolması isə kiçik və yumru şəkildə olur. Yarpaq dolmasını mövsümdən asılı olaraq həm təzə yarpaqdan, həm də qışlıq saxlanmış yarpaqdan hazırlamaq olar. Adətən təzə yarpaqdan bişirilən yarpaq dolmasının daha ləzzətli olduğu deyilir.

Azərbaycan dolmasının özünəməxsus ləzzəti və görünüşü var. İçərisində olan bol göyərti dolmaya gözəl ətir verir.

Bəs, mövsümündə bişirilən yarpaq dolması üçün lazım olan üzüm yarpağı necə saxlanılır?

üzüm yarpağı dolmalıq yarpaq agroexpert.az

Bu yazımızda sizlərə keçən yazımızdan fərqli olan iki qışlıq üzüm yarpağı saxlama üsulunu öyrədəcəyik.

  • Bankada sulu və duzsuz konservləşdirilmiş saxlama üsulu

Uzun sapları olan yarpaqlar yuyulmur, çirkli və tozlu olanlar kağız dəsmal ilə silinir. Onlardan 8-10 dənəsi nizamlı şəkildə bir-birinin üstünə qoyulur və dəstə yığılaraq 4 yerə qatlanır. Bankanın yarısı soyuq çiy suyu ilə doldurulduqdan sonra getdiyi qədər çox yarpaq qoyulur. Qabın qapağı tərs çevrildiyində belə axmayacak şəkildə möhkəmcə bağlanılır. Bankaların yerləşəcəyi geniş və dərin bir qazanın yarısı soyuq su ilə doldurulur. Ocağın altı orta tempraturda yandırılır. Su qaynadıqda bankalar tərs çevrilir və qazana qoyulur. Su səviyyəsi bankaların yarısına qədər qalxmalıdır. Qaynayan suda yarpaqlar aşağıdan yuxarıya doğru saralmağa başlayır. 15 dəqiqədən sonra bankalar qalın bir soba əlcəyi ilə qazandan götürülür və düz yerdə çevrilib 24 saat soyumağa qoyulur.

Alçanın turşusu və mürəbbəsi necə hazırlanır…

Qeyd edək ki, yarpaqları yaxşıca yuyunduqdan sonra istifadə edə bilərsiniz.

Soyuducuda Saxlamaq… Şəffaf salafan paketbuzluqda  və ya dərin dondurucuda saxlama üsulu

Yaxşı yuyulmuş yarpaqlar süzülür və 8-10 yarpaq götürülərək kiçik dəstələr hazırlanır. Qaynar suda alt-üst çevrilir və rəng dəyişdiyi zaman çıxarılır. Süzülən və soyudulmuş yarpaqlar bir dəfə bişirmək üçün lazım olan miqdarda soyuducu paketinə qoyulur və dondurucuya yığılır. İstifadə ediləcəyi zaman dondurucuda götürülüb buzunun əriməsi gözlənilir. Üzərinə bir az isti su tökülüb süzüldükdən sonra istifadə edilir.

Dərin donduruca deyil, buzluqda saxlanacaqsa yarpaqların cırılmaması üçün aralarına qaya duzu səpilir və parlaq üzü içdə qalacaq şəkildə rulon bükülür. Rulon dəstələr soyuducu paketlərinə yerləşdirilir. Əridikdən sonra duzlu isti suda saxlanılır və istifadə olunur.

Digər maraqlı reseptlər burada..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!