dorper qoyun cinsi
Xırdabuynuzlu heyvanlar

Dorper qoyun cinsi

Qoyun cinsləri haqqında silsilə yazılarımızı davam etdiririk. Bir çox qoyun cinsləri haqqında (qarabağ, bozax, qaradolaq və s.) ətraflı yazmışıq, hətta qoyun cinslərinin müqayisəli təhlilini də aparmışdıq. Qeyd etmişdik ki, yerli cinslər dadına görə bəlkə də dünyada birincidir. Yalnız yerli cinslərin yaxşı seleksiyaya ehtiyacı var ki, bir heyvandan daha çox çəki, bala əldə edilsin. Bu gün sizə son dövrlər məşhurlaşan dorper qoyunu haqqında bəhs edəcəm. 

Dorper qoyunu

Bu elə qoyun cinsidir ki, hətta ən pis yemləmə şəraitində belə tez böyüyür. Dorperləri ətinə və dərisinə görə saxlayırlar, yunlarını qırxmaq olmur. 

Cənubi Afrikadakı quraqlıqlar insanları qida təhlükəsizliyi barədə qəti tədbir görməyə məcbur edirdi. 20-ci əsrin 30-cü illərində belə bir cins seleksiya edildi. Bu dorper cinsi adını da elə onu meydana gətirən cinslərdən götürür: Dor məşhur ingilis cinsi dorset-xorn, Per isə persi (fars) qoyun cinsi. Bəlkə də bu elə bizim məşhur qaraqoyun olub, amma farsi kimi tanınıb. Dorper cinsi Afrika çölündə çox müvəffəqiyyətlə sınaqlardan keçdi.

Dorper qoyunu özəllikləri

İki cür dorper qoyunu var. Qarabaş (başı və boynu qara) və ağ. Dorper qoyunu bahadır. Bunun səbəbi aşağıdakı özəllikləridir.

  1. Rahat və bərəkətli artım: bir dişi 2-5 bala verir. Doğuş asan keçir, balalar nadi halda ölür və tez böyüyür. Bala verimi 150-225%.
  2. Parazitlərə qarşı dözümlüdürlər: 
  3. Az yemlə sürətli çəki yığımı: Dorper quzuları çəki yığmaqda inək kimidirlər, gündə 400-700 qram. 1 aylıq quzu doğularkən 2-5 kq 12-25 kq olur. Dişilər 55-90 kq, erkək dorperlər isə 90-140 kq-a kimi olurlar.
  4. Yemə qarşı tələbkar deyillər: çox zəif otlaqlarda belə otarmaq olur.
  5. Əti dietikdir: xolesterin azdır, piy bədəndə bərabər paylanır. Ət çıxımı yüksəkdir və ətindən “qoyun iyi” də gəlmir. Ət çıxımı 90%-a kimi.
  6. Dəri: dərisi çox yaxşı emal olunur və bərabər qalınlıqdadır. 
  7.  -15 C və +40 C dərəcədə yaşa bilirlər. 
  8. Yüksək ekiz doğum nisbəti var.
  9. Dişilər 7 ayında, erkəklər isə 5 ayında yetkin sayılır.

Əksiklikləri: Dorper qoyununun əti bizim yerli heyvanların əti kimi dadlı deyil. Balaları doğulanda çox kiçik olur. Ömrü 15 ildir, amma 5-8 ildən sonra saxlamaq sərfəli deyil.

Dorper qoyunu saxlanması

Dünyada dorper qoyunları Afrikada, Şimali Amerikada, Avstraliyada, Avropada, Türkiyə və Rusiyada mövcuddur əsasən. Afrikadan gətirmək asan deyil. Avropada isə bahadır. 

Sürünü qapalı yerdə yox, açıq otlaqlarda saxlamaq tövsiyyə edilir. 15-20 dişiyə 1 erkək hesablanır. Dişilər 7-8, erkəklər isə 5 ayında yetişkin sayılır. İl boyu cütləşə bilirlər. Hamiləlik 4-5 ay çəkir. İlk qarında 1, daha sonra 2-3, bəzən 4 bala verə bilirlər. Südü çox olur, 3-4 balaya yetəcək qədər. Balalarının qayğısına çox yaxşı qalırlar. Doğuş çox rahat keçir, insan yardımına ehtiyac qalmır. 

Tövlədə bir qoyuna 1,5 m², yanı balalı qoyuna isə 3,2 m² yer hesablanır. Soyuğa və istiyə dözümlü heyvanlar olsa da çox istinin altında əziyyət də vermək olmaz.

Dorper quzu böyümə dövrü:

Yaşı, günÇəkisi, kq
12-5
3012-25
6025-40
9030-55
18055-70

Ruslar dorper qoyununu öz məşhur romanov cinsi ilə cütləşdirib uğurlu nəticələr əldə edirlər. 

Mənbə.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

Əvvəlki həyatımda developer idim. :)
error: Content is protected !!