Dövlət Fitosanitar Xidmətinin Moldova səfəri

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin əməkdaşları sentyabrın 26-da Moldava Respublikasının Kişinyov şəhərinə səfər ediblər.

Dövlət Fitosanitar Xidmətinin əməkdaşları BMT-nin tədbirində çıxış edib

bmt-nin tədbiriSəfərdə məqsəd Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (BMT FAO) təşkilatçılığı ilə “Avropada və Mərkəzi Asiyada pestisidlərin idarə olunması, milli və regional potensialın gücləndirilməsi” mövzusunda keçirilən seminarda iştirak etməkdir.

Seminar zamanı nümayəndə heyətinin üzvləri  Azərbaycan Respublikasında pestisidlərin idarə olunmasıtətbiq qaydalarına dair qanunvericilik aktlarının tətbiqidir. Pestisidlərin saxlanılmasıistifadəsi zamanı insan sağlamlığınaətraf mühitə dəyən ziyanın aradan qaldırılmasıdır. Həmçinin pestisidlərdən istifadə zamanı qarşıya çıxan problemlərin həlli mövzularında çıxışlar ediblər.

Tədbirin nəticəsi

Respublika Bitki Mühafizəsi Mərkəzinin rəisi Daməd Sultanov Azərbaycan Respublikasında pestisidlərin idarə olunması və tətbiq qaydalarına dair qanunvericilik aktlarının icrası ilə bağlı görülən işlərdən danışıb. Eyni zamanda Stokholm və Bazel konvensiyaları tərəfindən qarşıya qoyulan məsələlərin həlli istiqamətində görülən işlər barədə məlumat verib.

Daməd Sultanov aşağıdakı məsələlərlə bağlı alternativ variantların tapılması üçün məruzə ilə çıxış edib:

  • yüksək toksiki tərkibə malik pestisidlərin tətbiqi zamanı;
  • təhlükəsizlik qaydalarına əməl olunması;
  • istifadə olunan pestisidlərin taralalardan yığılması;
  • onların utilizasiya olunması zamanı;
  • qarşıya çıxan problemlərin həlli yolları;
  • pestisidlərdən istifadə zamanı risklərin azaldılması istiqamətində..

Seminarda mövcud problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərin həlli səmərəliliyinin artırılması ilə bağlı FAO tərəfindən irəli sürülən təklifləri və tövsiyələr dinlənilib.  qeyd olunan məsələlərlə bağlı müvafiq təkliflər səsləndirilib.

Seminarda respublikalarının kənd təsərrüfatı nazirliklərinin, eyni zamanda FAO-nun ofislərinin nümayəndələri iştirak edirlər:
  • Azərbaycan;
  • Rusiya;
  • Belarus;
  • Ukrayna;
  • Özbəkistan;
  • Qazaxıstan;
  • Tacikistan;
  • Moldava;
  • Ankara;
  • Budapeşt.

Mənbə

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!