Dövlət sifarişi əsasında “Bitki mühafizəsi” ixtisası üzrə təhsil..

dövlət sifarişi hesabına bitki mühafizəsi ixtisası ADAU da

Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə 2018-2019-cu tədris ilindən etibarən Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) bir sıra yeni ixtisaslar üzrə bakalavr və magistr səviyyələrində kadr hazırlığına başlanılıb.

“Bitki mühafizəsi” ixtisası üzrə sovet dövründə və müstəqilliyimizin ilk illərində universitetdə kadr hazırlığı həyata keçirilirdi. Lakin 20 ilə yaxındır ki, bu sahə üzrə kadr hazırlığı həyata keçirilmirdi.

2018/2019-cu tədris ilindən isə bərpa olundu.

Bu tədris ilindən ADAU-da “Bitki mühafizəsi” ixtisası üzrə başlamış kadr hazırlığına dəstək vermək məqsədilə:

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti bir sıra addımlar atıb.

Dövlət Xidmətinin Dünya Bankı ilə birgə icra etdiyi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində “Bitki mühafizəsi” ixtisası üzrə tədris kurikulumu hazırlanıb. Layihənin cəlb etdiyi yerli və beynəlxalq ekspertlərin birgə fəaliyyəti nəticəsində müasir tələblərə və beynəlxalq standartlara uyğun şəkildə hazırlanmış kurikulumlar artıq Təhsil Nazirliyi tərəfindən təsdiqlənib. Bununla yanaşı ixtisas üzrə bakalavr pilləsi ilə yanaşı,

  • magistr və doktorluq dərəcələri üçün də kurikulumların hazırlanması;
  •  ixtisası üzrə xarici dillərdə də kadr hazırlığının aparılması 

nəzərdə tutulub.

Bu ixtisas üzrə Azərbaycan Dövlət Aqrar Universitetinə 30 nəfər tələbə qəbul olunub. “Bitki mühafizəsi” ixtisası üzrə bütün tələbələr yalnız dövlət sifarişi əsasında təhsil alırlar. 

Mənbə

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669