Dovşan cinsləri

Bəzi dovşan cinsləri haqqında cədvəl

Dovşan biznesi ilə bağlı bir məqaləmizdə bu işə başlayarkən, ümumiyyətlə istənilən kənd təsərrüfatı biznesində heyvan cinsinin düzgün seçimi çox önəmlidir. Ona görə qərar verdik sizin üçün dovşan cinsləri haqqında belə cədvəl düzəldək.

 Şəkil
Ümumi məlumat
İllik verimi
 Diri çəkisi
dovşan cinsləri Yeni Zelandiya qırmızı dovşanı çox törəmək imkanına sahibdir – hər doğuşda 8 dovşan doğa bilən bu Dovşanın  yaxşı analıq  qabiliyyəti, qayğıkeşlik  və yüksək südü vardır. Adətən dişilər birinci az bala verirlər lakin bu bala dovşan güclü və daha böyük olur. Bir  dişi  Yeni Zelandiya qırmızı dovşanı il ərzində 40 dovşana yaxın bala verməkdədir 40 bala  2 aya 1,4 kq
 kaliforniya dovsan sortu Kaliforniya cinsi 2-ci ən yayılmış ətlik dovşan cinsi hesab edilir. Müxtəlif iqlimlərə tez uyğunlaşır. Dişi ortalama 7-8 bala verir. Sürətlə böyüyürlər, 2 ayda 2 kq, böyükləri isə 4-5 kq diri çəkiyə sahib olur. 35-40 bala  2 aya – 2 kq
 ag velikan dovşan cinsi Ağ velikan dovşan cinsi adından da göründüyü kimi iri  cinsdir. Orta çəkisi 4-5-6 kq olur. 55-65 sm uzunluqda olurlar. Böyük ölçülü dəri verirlər ki, sənayedə çox istifadə olunur. Dişi 7-8 bala verir, 2 ayda 1.5kq, 3 ayda 2kq, 4 ayda isə 2,6 kq olurlar. 30-35 bala  2 aya 1,5 kq
 agroexpert_angora_dovsan_cinsi Angora dovşanı (ankara dovşanı) vətəni Türkiyədir, əsasən yununa görə populyardır. Orta çəkisi 3,5-4 kq-dır. Bir dəfəyə 5-6 bala verir. İqtisadi ömürləri 4 ildir. 12 fərqli rəngli növü var. 2 ayından başlayaraq hər 3 ayda bir qırxılır, illik 800-900q yun verir. 900 q yun  3,5-4 kq
 agroexpert_serebro_krolik Gümüş dovşan (Большой светлый серебро)-ətlik və dəri istiqamətli sovet seleksiya cinsidir. Orta çəkisi 4,5 kq-dır. Vücud uzunluğu 57 sm-ə qədər olur. Dişisi bir dəfəyə 8 bala verir. Tez böyüyürlər. 2 aylıq 2 kq, 3 ayında isə 3 kq ola bilir. 40 bala  4,5 kq
  • bolşoy marder
  • yeni zelandiya ağ
  • sovetski marder
  • sovet şinşila

AbuUmar Qiyasov adlı izləyicimizin şərhini də bura yerləşdirdim, etirazı olan varsa buyurun düzəldək: Balşoy svetlı serebro cinsi sovet seleksiyası deyil Fransanın Şampan vilayətində əmələ gəlib. Sovet seleksiyası isə poltavski serebro deyilən dovşan cinsidi.

Material tapdıqca əlavə cinslər haqqında detallı məlumat yerləşdirəcəyik.

Mənbə: http://kpoliki.ru/category/porodi-krolikov

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

3 thoughts on “Dovşan cinsləri

  • Oktyabr 4, 2018 at 1:57 axşam
    Permalink

    0504780109 Ehtiram İsrafilov
    Xaçmaz şəhərində yaşayan bu qardaş burda sadalanandan daha çox dovşan cinsləri saxlayıb və praktiki olaraq təcrübəsi 25 ildən artıqdır . Dovşan cinsləri və hansı istiqamət üzrə yetişdirilməsi haqqında suallarınızı verə bilərsiniz. 077 750 40 20 Vüqar

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика