Dovşan ətinin faydaları

Dovşan əti ləzzətli və sağlamlığa faydalı bir ət məhsuludur. Bu yağsız ət sığır ətindən o qədər də fərqlənmir.

Dovşan əti sağlamlıq üçün çox xeyirli və bir çox xəstəliklərin dərmanıdır.

Dərisi, yunu, əti, eləcə də təcrübə heyvanı olaraq saxlanılan dovşan əti qədimdən indiyə kimi insanların qidalarına daxil edilib. Demək olar dünyanın bütün yerlərində yaşayan dovşan daim ovçuların ov heyvanı olub. Bu yazımızda sizlərə dovşan ətinin faydaları və necə yeyilməsi haqda məlumat verəcəyik.

dovşan ətinin faydaları agroexpert.az
Dovşan ətinin faydaları

Dovşan ətinin xolesterol dəyəri mal əti, donuz əti, hinduşka və toyuq ilə müqayisədə olduqca aşağıdır. Doymamış yağ turşuları və zülal baxımından zəngindir, bəsləyici bir ətdir. Dovşan əti diabet xəstələri, ürək xəstələri kimi insanların xüsusi diyeti üçün uyğundur, digər ətlərə nisbətən daha az kalorili dəyərə malikdir. Dovşanlar eyni miqdarda yem və su istehlak edərək mal-qaradan 6 dəfə çox ət istehsal edə bilirlər. Mütəxəsislər dünyada əhali artdıqca saxlanılması az sahə tutan, böyüdülməsi daha asan olan dovşanın ətlik heyvan kimi daha çox istifadə ediləcəyini düşünürlər. Hətta yaxın gələcəkdə dovşan təsərrüfatını heyvandarlığın ən çox yayılmış sahəsinə çevriləcəyini də qeyd ediblər.

Həm də sümük – ət nisbəti balanslı olan dovşanın karkasından toyuqdan belə daha çox yeməli ət çıxır, bu səbəbdən dovşan olduqca məhsuldar ətlik heyvandır.

Hazırda ətlik dovşan olaraq ən çox seçilən dovşan növü Yeni Zelandiya Ağ dovşanıdır.

Tərkibində az ölçüdə yağ olduğundan kilo artırmır. Lakin ölçüsündə (qədərində) istehlak edilməsi tövsiyə olunur. İnsan bədəninin müqavimətini lazımi qədər gücləndirdiyi üçün uzun müddət sabit saxlayır. Bu səbəbdən yorğunluq və gərginlik yaradan vəziyyəti minimuma endirir.

Dovşan əti bədənin tələb etdiyi zülalın yüz faizini qarşılayır. Zülal orqanizmdə orqanların iş qabiliyyətini artırır. Xüsusilə həzm üçün zəruri olan protein qısa müddətdə vücudu yeniləyir. Bir çox xəstəliklərin qarşısını alan protein sümükləri və əzələləri də gücləndirir.

Əzələ sistemi və qan hüceyrələri üçün zəruri olan B 12 vitamini təmini güclü olan dovşan əti, bədənin gündəlik ehtiyacının 120 faizini asanlıqla ödəyir.

dovşan eti

Dovşan əti güclü bir antioksidandır. Bədəni təmizləyir. Ayrıca selenium tərkibli dovşan əti, sonsuzluq xəstəliyinə faydalıdır. Həm sperma, həm də yumurtalıqları gücləndirir.

Bədənin ehtiyac olan kaliumun 30%-ı qarşılayır. Zərərli xolesterolu azaldır. Ürək-damar sisteminə müsbət təsir edir. Damar tıxanıqlığını da önləyərək qan dövranını tənzimləyir.

Dovşan əti necə yeyilir?

Fərqli bir dadı olan dovşan ətini hər kəs yeyə bilmir. Lakin yeyildikcə xoşlanacağınız dovşan əti toyuq ətinə bənzəyir. Qarlı havada kəsilməsi münasib olan dovşan tükləri təmizləndikdən sonra qanı saxlamaq üçün qara basdırılır. Bir gecə qarda gözlədiləndən sonra ağ sirkə ilə yaxşıca yuyulur. Şişə keçirilərək gur od üzərində yerləşdirilir. Bişiriləndən sonra soğan qovurma ilə və ya hissələrə bölünərək bişirilib yeyilir. Qeyd edək ki,

Fransa dovşan ətinin istehsalı və istehlakı üzrə dünyada liderdir. Macarıstan da çox sayda dovşan yetişdirmə fermaları ilə dovşan əti istehsalında qabaqda gələn ölkələrdən biridir və istehsalının böyük hissəsini İtaliyaya ixrac edir.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669