Dovşanları kartofla yemləmək olarmı?

Bəlkə də təcrübəsiz dovşan yetişdiricilərinin ən populyar suallarından biri dovşan və kartof haqqında olacaq.

Kartof ümumiyyətlə qıtlığı yaşanmayan bir məhsul sayılır. Buna görə də iqtisadi cəhətdən uyğun olan kartofu ev heyvanlarınızın, xüsusən də dovşan bəslənməsində istifadə edə bilərsiniz.

Qloballaşan qida sənayesində kartof dünyanın bir nömrəli tərəvəzidir. İnsanlar onu bişmiş, qızardılmış, qaynadılmış formada istehlak edir. Kartof insanlar üçün faydalıdır. Lakin bu tərəvəzin dovşanlar üçün uyğun olmadığını deyə bilərik.

Bu kök bitkisinin tərkibində yüksək miqdarda nişasta və şəkər var. Dovşanların həzm sistemi isə tərkibində yüksək miqdarda lif və az miqdarda kraxmal olan məhsulları həzm edə bilmək qüdrətindədir. Yəni kartofun həzm edilməsi onlar üçün çox çətin olur.

Əgər dovşanları səhvən çiy kartofla bəsləsəniz, heyvanlarda ciddi həzm problemləri, o cümlədən ishal, şişkinlik və qaz problemləri yaranacaq. Yeri gəlmişkən, kartof ilə yanaşı yerkökü və çuğundurun da  istehlakı məhdud olmalıdır. Çünki bu məhsullardakı şəkər dovşan üçün optimaldan daha yüksəkdir.

Bundan əlavə, kartof bitkisinin müəyyən hissələrində (kartofun qabığı da daxil olmaqla) qlikoalkaloid adlanan toksinlər var. Bu zəhərli birləşmələr kartof saplarında, yarpaqlarda və fidanlarda olur.

Yaşlı dovşan yetişdiriciləri isə qaynadılmış kartofun sürətli kökəlmək üçün istifadə edilə biləcəyini söyləyirlər. Gənc mütəxəssislər isə kartofla yemləmənin dovşanlarınız üçün ziyan olduğunu deyirlər. Onlar hətta iddia edirlər ki, dovşanlar istədiyiniz çəkiyə çatana kimi tələf ola bilərlər.

Hansı məsləhətə əməl etmək öz seçiminizdir.

Hər iki təcrübənin də çox tərəfdarı var. Kartof bəslənməsinin əleyhdarları, dovşanın təbii qida rasionunda kartof olmadığını xatırladırlar.

Vəhşi dovşanlar çox miqdarda ot, yonca və digər kiçik bitkilər, o cümlədən bağ tərəvəzləri yeyirlər. Dovşanlar torpağın altından qida çıxarmılar. Bu o deməkdir ki, dovşanlat təbiətdə kartofla rastlaşsalar da, heç vaxt qazıb onun kök yumrularını çıxarmazlar.

Təbii qidalanma əsas götürülərsə, dovşanların normal pəhrizi 80 % otdan ibarət olmalıdır. Qalan 20% -i isə tərəvəz, göyərti və vitamin qranulları qəbul edə bilər.

Dovşanlar üçün bağayarpağı, moruq və böyürtkən yarpaqları, söyüd budaqları və yarpaqları  faydalı bitkilər arasındadır. Ən yaxşı qida isə şüyüd sayılır. Onun tərkibində çox miqdarda antioksidanlar, minerallar və vitaminlər var. Şüyüd yüksək lif tərkibinə malik olduğundan, mədə-bağırsaq traktının vəziyyətinə faydalı təsir göstərir.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669