Dronların kənd təsərrüfatında rolu

Bildiyimiz kimi dünyanın müxtəlif ölkələrində dronlar kənd təsərrüfatının müxtəlif sahələri üçün istifadə olunur. Eləcə qardaş və qonşu ölkə olan Türkiyədə kənd təsərrüfatında dron aparatları geniş şəkildə istifadə olunur.

Dronların kənd təsərrüfatında istifadəsi ilə Azərbaycanda da yeni innovasiya və texnologiyaların tətbiqi, vaxta, büdcəyə və insan əməyinə əhəmiyyətli dərəcədə qənaət etmək, sahibkarlara kənd təsərrüfatının inkişafında dəstək olmaq və yüksək məhsuldarlıq əldə etmək mümkündür.

dron agroexpert.az

Kompleks həll, ağıllı əməliyyatyeni innovasiya və texnologiyaların tətbiqi, məhsuldarlığın artırılması, min bir zəhmətlə yetişdirilən məhsulu qoruma, iş axınının daha səmərəli və ağıllı aparılmasına sadiqdir. Pilotsuz təyyarələr və effektiv vasitələrlə kənd təsərrüfatında mövcud olan çətinliklərin həlli əməliyyatları xeyli asanlaşdırır, səmərəliliyi və sənaye yeniləmələrini artırır.

Təkliflər

Enterprice Solutions and Consulting Company (DRONEXPERT.AZ) olaraq, biz Sizlərə aşağıdakı yeni innovasiya və texnologiyaları təklif edirik:

  • kənd təsərrüfatı işlərinin qısa vaxt ərzində görülməsi;
  • vaxta, sərf olunan maliyyə vəsaitinə və işçi qüvvəsinə qənaət edilməsi;
  • bitkilərin və məhsulun texnikalar tərəfindən əzilərək məhv edilməsinin qarşısının alınması;
  • texnikaların əkin sahələrinə daxil olması ilə əkin sahəsində torpaq qatının sərtləşməsinin qarşısının alınması;
  • yağışlı havalardan dərhal sonra dərmanlama və gübrələmə işlərinin aparılması imkanının olması;
  • sutkanın qaranlıq vaxtında dərmanlama və gübrələmə işlərinin yüksək keyfiyyətlə aparılması;
  • təkmilləşdirilmiş texnologiya sayəsində turbolentlik effekti yaratmaqla, dərmanın bitki yarpaqlarının hətta alt hissələrinə püskürtməklə, saatda 24,7 dönüm ərazini (10 hektar) çiləmə qabiliyyəti;
  • əkin sahələrində monitorinqlər aparmaqla:
  1. sahələrin şoranlılıq dərəcələrinin müəyyən edilməsi;
  2. bitkilərdə olan xəstəliklərin müəyyən edilməsi;
  3. ziyanvericilərin aşkar edilməsi;
  4. sahələrin suvarılması zamanı çətin suvarılan və ya suyun çata bilməyəcəyi sahələrin müəyyən edilməsi;
  5. məhsuldarlığa nəzarət mümkündür.
  • əkin sahələrinin santimetr dəqiqliyi ilə 2D və ya 3D xəritələrinin tərtib edilməsi.
dronlar agroexpert.az

Təklif etdiyimiz məhsullar:

Agras T16
  • Sprey tank həcmi – 16L;
  • Sprey genişliyi – 4,5- 6.5m;
  • Sprey dərəcəsi – 4.8L / dəq;
  • Əməliyyat səmərəliliyi – 1 saata – 10 hektar;
Phantom 4 RTK
  • 25 dəqiqə ərzində 247 hektarlıq santimetr səviyyəsində yerləşdirmə;
  • yüksək dəqiqlikli məlumat toplama;
  • şəkillərinin toplanması; 
DJI Terra
  • Gerçək zamanlı Xəritəçəkmə;
  • 2D / 3D Modelləşdirmə;
  • AI Əməliyyat Planlaması;

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669