Dünya aqrodron bazarındakı sürətli inkişaf

Dünya aqrodron bazarının dəyəri 2025-ci ilə kimi artaraq ümumi kənd təsərrüfatı bazarının 32,1%-ni təşkil edəcək.

ABŞ-ın “MarketWatch” nəşrinin məlumatına görə, dünya kənd təsərrüfatı dronlarının bazarı sürətlə artmağa davam edəcək. Hətta bu bazarın 2017-ci ildəki 500 milyon dollarlıq dəyərinin 2025-ci ildə 4,6 milyard dollara çatacağı gözlənilir.

Kənd təsərrüfatı dronları bazarının əsas inkişaf səbəbləri bunlardır:

  • müəssisə kapitalının artması,
  • kənd təsərrüfatı dronlarının faydaları barədə məlumatlılığın artırılması
  • dronlar vasitəsilə sahə araşdırmaları,
  • məlumatların təhlili üçün proqram həllərinin mövcudluğu.
agroexpert.az uçan traktorlar- dronlar

Hesabatda deyilir ki, artıq aqronomlar becərilən bitkilərə dair tez və dəqiq qərar qəbul etmək üçün lazım olan bütün məlumatları toplamaq və təşkil etmək üçün dronlardan daha aktiv şəkildə istifadə etməyə başlayıblar. Getdikcə daha çox fermer istehsalın gəlirini artırmaq və istifadə etdikləri bütün mənbələri (və xərcləri) minimuma endirmək istəyir. Dronlar bunun üçün ən əla vasitə sayılır.

“MarketWatch” nəşrində dərc olunan məqalədə həmçinin qeyd edilir ki, tezliklə kənd təsərrüfatı sektorundakı dronlar kənd təsərrüfatı texnikası və ya mineral gübrələr kimi ayrılmaz bir alətə çevriləcək. Kənd təsərrüfatı dronları avadanlığı seqmentinin proqnoz dövrü ərzində illik 34,64% nisbətində böyüməsi gözlənilir. Məqalədə həmçinin 2017-ci ildə bazarda kamera sistemlərinin ən böyük hissəni (30.43%) tutduğu bildirilir.

dronexpert.az reklam banneri

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669