Dünya bazarında portağal və limonun vəziyyəti

Ən böyük tələbat olan kənd təsərrüfatı məhsullarından biri də sitrus meyvələridir. Sitrus meyvələr dünya bazarında xüsusi yerə sahibdir.

Bu meyvələrin, xüsusən də portağal və limonun əsas istehsalçı və ixracatçılarından biri də Argentinadır.

Argentinanın sitrus bitki istehsalçıları bu mövsüm portağal məhsuldarlığının artması təqdirində, limonun məhsuldarlığının azalacağını xəbərdarlıq edirlər.
sitrus meyvələr agroexpert.az

Eyni zamanda, tədarük həcminin azalması təzə meyvə tədarükündən daha çox emal sektoruna təsir göstərəcəyi ehtimal olunur. Agroexpert.az saytı  FruitNews saytındakı məqaləyə istinadən qeyd edir..

“Federcitrus” sənaye təşkilatının prezidenti Jose Karbonell, şimal-qərb bölgəsində limonun azalmasının quraqlıq səbəbiylə gözlənildiyini izah etdi. Çətin iqlim şəraitinə baxmayaraq, təzə bazar üçün meyvə tədarükü ötən ilki səviyyədə qalacaq. Eyni zamanda, quru hava meyvənin keyfiyyətinə müsbət təsir göstərməlidir. Sənaye baxımından limonun emal üçün tədarükünün azalması heç bir çətinlik yaratmayacaq, çünki keçən il bu növ meyvənin həddindən artıq istehsalı baş vermişdi ki, bu da qiymətlərin əhəmiyyətli dərəcədə aşağı düşməsinə səbəb olmuşdu.

Bu barədə danışan Jose Karbonell bunları deyib:

Düşünürəm ki, bu il anbarlarda istehsal qalıqları bitəcək, bazardakı meyvələrin həcmi azalacaq, bu da limona tələbatın artmasına səbəb olacaqdır. Argentinada təzə limon bazarını Şimal yarımkürə ölkələrindən tədarükün azalması səbəbindən yaxşı bir mövsüm gözləyir. Keçən il ilə müqayisədə bu il İspaniya, Türkiyə və ABŞ 330 min ton daha az meyvə tədarük etdilər.

Covid-19 fonunda limona tələbatın artmasına baxmayaraq, məhsulların orta satış qiyməti ötən illə müqayisədə ciddi dəyişikliklərə məruz qalmadı.

Rusiya sitrus meyvələrinin satışına çox yaxşı qiymətlərlə başlamışdı, sonra isə qiymətlər sürətlə  düşdü. Avropada isə qiymətlər orta səviyyədə saxlanılır. Jose Karbonell Şimal yarımkürəsində sitrus meyvə ehtiyatı tükəndikdə onlarda da qiymətlərin arta biləcəyini ifadə etdi.

Portağal bazarındakı vəziyyət istehsalçılar üçün daha optimist görünür. Qiymətlər keçən ilə nisbətən daha yüksəkdir. Şimal yarımkürəsində meyvə tədarükü azdır və Cənubi Afrika tədarükçüləri hələ bazara əhəmiyyətli miqdarda məhsulla girməyiblər. İndi Avropa portağallarının böyük hissəsi demək olar ki, yalnız Misirdən, naringi isə Mərakeşdən gətirilir. Həmçinin ixracatçıların logistika ilə bağlı problemləri yoxdur.

Digər xəbərlər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика